TEST

Özünüzü tanıyırsınızmı? – TEST

Baxış sayı: 920

Hər insan özünü tanımaq istəyir. Psixoloqlar uzun yoxlanışlardan sonra testləri yaradırlar ki, siz özünüzü daha yaxşı analiz edə biləsiniz. Daha belə bir testlə sizi tanış edirik. Xoşunuza gələn şəkli seçin.

test

1-ci şəkil: Siz çox cəsarətli, seksual, enerjili və ehtiraslı birisiniz. Daima qarşı cinsin diqqətində qalmağı bacarır və öz məqsədlərinizə çatırsınız. Təbiətcə siz, “ovçusunuz” və siz nəinki, nələrisə əldə etməklə kifayətlənir, hətta hökm etmək xüsusiyyətinə də sahibsiniz. Bununla yanaşı sizin çox gözəl təxəyyül gücünüz, hissiyatınız və güclü zəkanız var.

2-ci şəkil: Siz çox dostsevər birisiniz və özünüzə dostları tez qazanırsınız. Yüksək səviyyəli dərk etmək bacarığınız var. Sizin üçün ən vacib olan uğur qazanmaqdır və siz eyni zamanda, hər kəsin, sizin necə uğurlu biri olduğunuzu bilməyini istəyirsiniz. Sizin məntiqi qavramanız çox yaxşı inkişaf edib və siz, həyatı demək olar ki, strateji oyun olaraq qəbul etmirsiniz. Yalnızlığı çox sevir, səs-küydən və izdihamdan xoşlanmırsınız. Fikirlərinizin itatətsizliyini sevirsiniz. Liderlik xüsusiyyətləriniz və işğuzar bacarıqlarınıza görə digərlərindən çox fərqlənirsiniz.

3-cü şəkil: Kənardan özünə qapalı və ətrafdan tədric olunmuş biri kimi görsənsəniz də, əslində elə biri deyilsiniz. Ən yaxın insanların yanında siz, öz hədsiz, ağlagəlməz gözəl xüsusiyyətlərinizi aşkara çıxarırsınız. Hər bir vəziyyətə uyğun olaraq hərəkət etməyə, mövcud səddi aşmadan, düzgün bir həyat yaşamağa çalışırsınız.

4-cü şəkil: Sizin çox rahat və dostcanlı bir xarakteriniz var. Siz mülayim və yüksək əxlaqa sahibsiniz. İnsanlara yardım edir və bundan məmnun qalırsınız. Sirr saxlamağı və eyni zamanda yararlı məsləhətlər verməyi yaxşı bacarırsınız. Siz münaqişələrə, mübahisələrə və ümumiyyətlə sizi əhatə edən dünyaya və harmoniyaya xələl gətirəcək hər bir şeyə qarşısınız. Ünsiyyət qurma bacarığınız və olduqca rahat olmağınız sizə uğur qazanmağınızda yardım edir.

5-ci şəkil: Sizin fəlsəfi düşünmə qabiliyyətiniz var. Siz olduqca nəcib və müdrik birisiniz. Daima öz çatışmazlıqlarınızı öyrənməyə səy göstərir və onları aşkara çıxarıb, düzgün istiqamətləndirməyə çalışırsınız. İnformasiyanı, biliyi və zəkanı yüksək qiymətləndirir və kitab, qəzet, internet və digər bilik və informasiya mənbələri olmadan yaşamınızı təsvir edə bilmirsiniz.

6-cı şəkil: Siz özünüzə qapanıq, öz daxili dünyanızda yaşayan birisiniz. Öz şəxsi mənafenizi üstün tutur və bacardığınız qədər hislərinizi gizli saxlamağa meyillisiniz. Bacarıqlı, təşəbbüskar və ağıllısınız. Düzgün dialoq aparmağı, mübahisə və debatlarda qalib gəlməyi bacarır, öz fikirlərinizi əsaslandıramaq və inandırmaq xüsusiyyətinə maliksiniz. Özünüzün və sözünüzün arxanızda dayana bilirsiniz. Sizin özünüzə yetən bir şəxsiyyətiniz var və siz eyni zamanda rahatlığı və sakitliyi düzgün qiymətləndirə bilirsiniz.

7-ci şəkil: Siz olduqca hissiyatlı, müşahidə qabiliyyəti yüksək və həssas birisiniz. Özünüzə və öz bacarıqlarınıza əmin olmadığınız müddət ərzində öz planlarınızı bölüşməyi sevmirsiniz. Olduqca yaradıcı birisiniz, baxmayaraq ki, başqalarına görə qəribə və anlaşılmaz kimi görünə bilir.

8-ci şəkil: Siz ruhən çox istedadlı və seçilmiş birisiniz. Çox aktiv, xeyirxah biri olmaqla “Yer”də möhkəm dayana bilirsiniz. Nələrisə etməzdən öncə tez-tez düşünməkdən bəlkə də bezirsiniz. Hər yeni günü nələrisə dəyişmək imkanı kimi qiymətləndirir, xeyirli bir iş görməyə çalışır və ya yeni bir sərgüzəşt axtarışında olmağa sərf edirsiniz. Bəzi zamanlarda siz çox emosional olsaz da, əhatənizdə olan kəslər sizi hər halınızla sevirlər.

9-cu şəkil:Siz olduqca, optimist, xəyalpərəst və sülhsevər birisiniz. Hər kəsdə ilk növbədə yaxşı tərəfləri görməyə çalışırsınız. Saf birisiniz. Dostlarınız o qədər də çox deyil, lakin əhatənizdə olanlar sizə yaxın və yaxşı insanlardır. Bu həm də, bir növ sizin bacarığınızdır ki, ətrafınıza bu cür insanları toplaya bilirsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir