Bu mövsüm kişi köynəkləri gözlənilmədən qadın qarderobunun zəruri detalına çevrildi. Klassik ofis modellərindən, yüngül kətan və əlbətdə ki, məşhur Havay köynəklərindən bəhs edirik.
Bol və rahatlığı ilə seçilən bu modellər modapərəstlər tərəfindən dərhal qəbul edildi. Boş kişi köynəyi qızlarda inanılmaz dərəcədə zərif və qeyri-adi görünür. Onlar həm cinslər, həm velosiped şortları, həm də bermuda şortik modelləri ilə ideal uyğunluq yaradır.
Bu mövsüm həm təkrəng, həm də naxışlı modellər eyni dərəcədə populyardır. Çiçək motivləri isə kişi stilinə fərqli bir görünüş qatır. Eyni prinsipə əsasən köynəyin rəngini seçə bilərsiniz: çəhrayı, bənövşəyi və ya açıq mavi. Pastel kəsimlə rənglər mükəmməl şəkildə ziddiyyət təşkil edir. Bu cür köynəklər sizi istidən xilas etməsinə baxmayaraq, sərin günlərdə də üst geyim kimi geyinə bilərsiniz.