Əgər sizə də evdən işləmək qismət olubsa, uşaqların sizə mane olmaması üçün başlarını nə ilə qatmaq barədə düşünməyin vaxtıdır. Sizə bu istiqamətdə bəzi məsləhətlər təqdim edirik.
1) Maşın üçün labirint
Evdə adi skotç lentindən balaca oyuncaq maşınlar üçün labirintli yol düzəldin. Bu sizin uşaqlarınızın başını mütləq qatacaq.
2) Bıçaqla plastilin və meyvə kəsmək
Ola bilsin ki, sizin uşağınız artıq əlində bıçaq tutmaq həddinə gəlib çatıb. Bu halda ona bir plastmasdan olan bir bıçaq verərək plastilin və ya yemək üçün yumşaq meyvələri kəsməyi təklif edin. Əmin olun ki, bu təklif geri çevrilməyəcək.
3) Audiokitablar
Əgər uşağa kitab oxumağa vaxtı ayıra bilmirsinizsə, o özü də nağıllara qulaq asa bilərş Bir çox pulsuz audiomənbələrdə belə kitablar var.
4) Əşyaları tap və çək
Ona müəyyən formaya və rəngə malik olan əşyaları tapıb mütləq şəkildə onları çəkməyi tapşırın. Uşağa bunun çox vacib və hətta məxfi olduğunu deyin.
5) Ofis işi
Uşaqlar böyükləri təkrar etməyi çox xoşlayırlar. Əgər başınız işə qarışıbsa, uşağa da iş görməyə şərait yaradın. Ayrı masa arxasında otuzdurun, bir sıra kağız, bloknot, yapışqan və digər kanselyariya ləvazimatları verin.
6) Karton qutu
Siz uşağınıza oyuncaqla dolu qutu və ya boş bir karton qutusu verə bilərsiniz.O, rahat şəkildə qəsrə, gəmiyə, helikopterə və s. dönə bilir. Burada hər şey uşağın fantaziyasından asılıdır.