qida

Gecə yeyə biləcəyiniz 4 qida

Baxış sayı: 1. 015

Yeməkdən sonra stressli, gərgin, yorğun olduğunuz anlarda mədəniz sizi başqa qidalar da qəbul etməyə vadar edir. Bu zaman ağır, yağlı, bol ədviyyatlı yeməklər gecə pis yatmağınıza və mədənizdə ağrıların yaranmasına səbəb ola bilər. 

Beləliklə, gecə yatmazdan əvvəl yeyə biləcəyiniz 4 qidanı təqdim edirik:

 

1. Saçaqlı pendir

Az yağlı və zülallarla zəngin olan bu pendir növü sizi tox tutmağa yardımçı olacaq. Yanında 1 dilim qızardılmış çörək, üzüm və xiyar yeyə bilərsiniz.

 

2. Fındıq, fıstıq, qoz

Bu qidalar özündə gözəl və sağlam yuxu təmin edən melatonin ehtiva edirlər. Maqneziumla zəngin olan qoz əsəbləri sakitləşdirir. Fıstıq isə yaxşı yatmanıza kömək edəcək və sizi tox tutacaq.

 

3. Meyvəli yoqurt

Sizi tox tutmaqla yanaşı qandakı şəkəri azaldır, həzm prosesinə yardımçı olur. Bal, fındıq, fıstıq kimi qidalar da əlavə edərək fərqli dadlar əldə edə bilərsiniz.

 

4. Popkorn

Duz və zeytun yağından az istifadə edərək yediyiniz partladılmış qarğıdalı sizi gecə boyunca tox tutacaq. Hətta onu hissələrə bölərək saxlaya da bilərsiniz. Bu zaman film izləyərkən fərqində olmadan həddindən çox qəbul etməmiş olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir