QADIN

Ana olmağı planlaşdırmayan qadınlara bu sözləri əsla deməyin!

Baxış sayı: 671

Cəmiyyətdə getdikcə uşaq dünyaya gətirməyi planlaşdırmayan qadınların sayı artmaqdadır.  Bəzi qadınların bu istəyini heç də hər kəs anlayışla qarşılaya bilmir. Həmfikir olmasaq belə hər kəsin qərarlarına hörmət etmək məcburiyyətindəyik, bunu unutmamalıyıq. Psixoloqlar  belə qadınlarla ünsiyyət qurarkən bəzi cümlələrdən istifadə etməməyi məsləhət görür.

Ətrafınızda ana olmaq istəməyən qadınlar  varsa, lütfən onlara qarşı bu cümlələri qurmaqdan uzaq durun!

 

1) “Övladın yoxdursa, əsl sevginin nə olduğunu hiss edə bilməzsən” 

Sevgi zamanla inkişaf etdirdiyimiz kompleks bir duyğudur. Kimisi yoldaşını, kimisi dostlarını, kimisi ailəsini, ya da evcil heyvanını sevə bilər. Ana-uşaq sevgisinin tək gerçək sevgi olduğunu söyləmək birtərəfli  düşüncədir. Ana olan qadın uşağına sevgi ilə bağlanır. Bəzi qadınlar da bu sevgini heyvana qarşı yönləndirir.  Kimsə gəlib sizə “Bir pişiyin yoxsa, əsl sevgini bilməzsən” kimi sözlər demirsə,  siz də ana olmaq istəməyən qadınların əsl  sevgini  əsla tapa bilməyəcəyinə eyham vuran cümlələr qurmaqdan çəkinin.

 

2) “Eqoistsən”

Bu ifadə sanki belə anlaşılır: Uşağı olan qadınlar mütləq fədakar olurlar, qalan qadınlar eqoistdir. Çox təəssüf ki, realda uşaqlarına maddi və mənəvi dəstək göstərməyən  bir çox eqoist valideynlər görürük. Bəzən övladı olmayan qadınlar uşaqlara qarşı daha çox fədakarlıq edə bilirlər.

3) “Həyatınız daha da yaxşı olacaq”

Uşaq sahibi olmaqla həyatınız qəti şəkildə dəyişəcək, hər şey lap da gözəl olacaq. Bunu əvvəlcədən söyləmək çətindir.  Heç də hamı yuxusuzluğun, özünə ayıracaq vaxtının olmaması, səs-küylü həyat tərzi, dağınıq yaşam tərzinin öhdəsindən uğurla gələ bilmir. Bəzi qadınlar uşaq sahibi olmamağa qərar verərkən bu nüansa diqqət edir və həyatının bu istiqamətdə dəyişməsindən xoşbəxt olmayacaqlarının fərqində olur. Uşaq sizin həyatınızı daha da gözəlləşdirə bilər, amma eyni şey bir başqası üçün eyni mənanı daşımaya da bilər.

 

4) “Uşaqlardan nifrət edirsən?”

Uşaq dünyaya gətirməyi istəməmək uşaqlara nifrət etmək mənasında başa düşülməməlidir. Bir tərəfdən də hər kəs uşağı sevmək məcburiyyətində deyil və kimsənin  bunu mühakimə etməyə haqqı yoxdur.

5) “Uşağınız yoxsa, heç bir şey əldə edə bilməzsiniz.”

Cəmiyyətdə ümumilikdə uşaqsız qadınları qüsurlu və anormal biri kimi  təsvir edirlər və bəzi klişelər bizə qadınların mütləq  bir ər, körpə və bir ailəsinin mütləq olmasını təlqin edir.  Ancaq müasir dünya bu sədləri məhv edir.  Qadınlıq evlənməklə, ana olmaqla ölçülməyəcək qədər əhəmiyyətlidir. Uşaq sahibi olmaq, dünyaya bir körpənin gəlməsinə vəsilə olmaq qətiliklə bir möcüzədir. Qadınların ana olmağı seçmək kimi ana olmamağı seçmə haqqı da var. Uşaq doğmamaq qadınlıqdan heç bir şeyi almır.

 

6) “Mənə nəvələri kim verəcək?”

Bəzi nənə və babalar bu sualı özlərinə dərd edirlər. Uşaq sahibi olmaq bir qadının həyatında bir çox dəyişiklik tələb edən böyük bir məsuliyyətdir. Ona görə də, sırf sizi xoşbəxt etmək üçün qızınızdan nəvə istəmək olduqca eqoist bir davranışdır.

 

7) “Yaşlandıqca peşman olacaqsan”

Uşaq sahibi olmamağa qərar verən qadınların daha sonra özlərini tək hiss edəcəkləri və həyatlarından razı olmayacaqları düşüncəsi çox məşhurdur. Ancaq unutmamalısınız ki, uşağınız ömür boyu sizinlə qalmayacaq və günün birində siz də tək qalacaqsınız.

 

8) “Elə isə həyatdakı məqsədiniz nədir?”

Qədim zamanlardan bəri inanılan və indiki vaxtda hələ də davam edən bir hal var; qadınlar ailəsinə uşaq doğmaq məcburiyyətindədir! Dünyamız dəyişdi və bu gün qadınlar həyatlarında daha çox şeyi bacara bilirlər. Bir qadın evdə olmaqdan, uşaqlarla və ev işləriylə maraqlanmaqdan zövq aldığı halda  digər qadın karyera qurmaqda irəliləmək, sərbəst  səyahət edə bilmək,  bəlkə də məsuliyyət götürməməyi istəyə bilər. Müasir dünya qadınlara bir çox fürsət təqdim edir və onlara özlərini tək bir şeylə məhdudlaşdırmağı söyləmək olmaz.

9) “Uşağın olmadığı üçün anlamazsan”

Bəzi analar uşaqsız qadınları  ətraflarından uzaq tutmağa çalışırlar. Çünki heç uşağı olmayanların həyata dair fərqli düşündüklərinə inanarlar. Uşaqsız olanların duyğularını anlaya bilməyəcəklərindən qorxarlar. Yenə də, uşaqları olsun, ya da olmasın bir çox qadın yoldaşları ilə  nələrisə müzakirə etməyi  və lazım olsa kömək əli uzatmağı çox istəyər. Hadisələrə hər vaxt fərqli bucaqlardan baxa və qeyri-adi həll yolu  təklif edə bilərlər!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir