Müasir dövrdə artıq çəkidən nəinki böyüklər, hətta uşaqlar da əziyyət çəkir. Kiçik yaşlarından kökəlməyə meylli uşaqlar valideynlərdə narahatlıqlar doğurur.
Bəs belə hallarda nə etməli? Uşaqlar üçün arıqlamaq yolları düzgün qidalanma və aktiv həyat tərzindən ibarətdir.
✓3-4 yaş uşaqlar üçün arıqlamaq yolları – düzgün qidalanmadır ancaq!
✓5 yaşına qədər uşaqlarda fiziki inkişaf dalğavaridir. Yəni bəzi dövrlərdə çəkinin artması heç də kökəlmə mənasını vermir. Bu yaşlardan etibarən uşaqlarda sağlam qidalanma vərdişlərini formalaşdırmaq lazımdır. Sadəcə unutmayın ki, 5 yaşına qədər uşaqları arıqlamaq üçün pəhrizə otuzdurmaq olmaz!
3-4 yaş uşaqlar üçün düzgün arıqlamaq yolları
Menyu
✓Səhər 08:00 – 200 qram südlü sıyıq, 100 ml suda hazırlanmış və 50 ml süd əlavə olunmuş kakao, 30 qr peçenye, 5 qr kərə yağı;
✓İkinci səhər yeməyi 10:30 – 100 qr sobada kəsmik, 150 ml meyvə şirəi!
✓Nahar 13:00 – 150-180 ml ət bulyonunda şorba, 70 qr soyutma ət, 80 qr kartof püresi, 50 qr tərəvəz salatı, 2 dilim çörək, 150 ml kompot!
✓Atışdırma (snack) 15:30– 150 ml kefir ya da süd, 100 qr giləmeyvə və ya ½ böyük meyvə!
✓Şam yeməyi 19:00 – 200 qr tərəvəz salatı, 30 qr çörək, 150 ml kefir!
5-12 yaş uşaqlar üçün arıqlamaq yolları
5 yaşdan yuxarı uşaqlarda arıqlamaq yolları, daha doğrusu pəhriz bir qədər fərqlidir. Qida rasionu balanslaşmış və faydalı olmalıdır. Orqanizmi boş kalorilərlə yükləmək olmaz!
Menyu
Mötərizədə qeyd olunan qida məhsullarının hər biri növbə ilə günaşırı bişirilir.
Məsələn, bir gün səhər yeməyində qarabaşaq (qreçka), ertəsi gün isə yulaf sıyığı, sonra düyü, bulğur hazırlayırsınız. Hamısını birdən verməyin.
✓Səhər: sıyıq (düyü, yulaf, qarabaşaq)
Sıyığın tərkibi
100 ml su
2 x.q. yarma
100 ml süd
1 çay qaşığı şəkər
1 çimdik duz
2 ç.q. zeytun yağı
bir qədər qurumeyvə (kişmiş, qaragavalı, qaysı)
xırdalanmış qoz-fındıq
✓Nahar vaxtından 15-20 dəqiqə əvvəl: kokteyl.
Böyüklərin içdiyi arıqlamaq üçün kokteyllər uşaqlarınkından bir qədər fərqlənir.
Uşaqlara verilən arıqlamaq üçün kokteylin resepti:
Təbii qatıq – 50 ml
Yumşaq kəsmik – 50 qr
İstənilən meyvənin şirəsi – 30 ml
Meyvə və ya giləmeyvələr – 30 qr
Uşağa allergiya verməyən meyvələrdən, şirələrdən seçin.
✓Naharda: kiçik porsiya şorba, yarım dilim çovdar çörəyi
✓Şam yeməyində: 100-200 ml istənilən süd məhsullu içki (qatıq, kefir)
Uşaq sutkada maksimum 100 qr çovdar çörəyi yeməlidir.
5-12 yaşda uşaqlar üçün arıqlamaq yolları – 2 həftəlik dieta
Bütün səhər yeməklərində və atışdırmalarda kokteyl içəcək. Hər gün naharda yarım porsiya şorba vacibdir.
I həftənin menyusu
1-ci gün
Nahar – tərəvəz yeməyi, buxarda bişirilmiş küftə, alma kompotu
Axşam – buxarda balıq kotleti, pomidor.
2-ci gün
Nahar – soyutma toyuq (dərisiz və yağsız), yaşıl noxud
Axşam – küftə, kartofdan başqa suda qaynadılmış tərəvəzlər, 2 mandarin
3-cü gün
Nahar – mal ətinin soyutması, bolqar bibəri ilə kələm salatı
Axşam – kəsmikli almalı zapekanka
4-cü gün
Nahar – soyutma balıqla tərəvəzlər (kartof qatmadan)
Axşam – pendirli toyuq ruleti, köklü kələm salatı
5-ci gün
Nahar – hinduşka küftəsi, kərə yağı qatılmış gül kələm püresi, xiyar
Axşam – toyuq soyutması, pomidor salatı
6-cı gün
Nahar – buxarda mal ətindən kotlet, zeytun yağlı kələm salatı
Axşam – yaşıl noxud qatılmış soyutma balıq, portağal
7-ci gün
Nahar – toyuq küftəsi, sobada bişirilən tərəvəzlər, kahı
Axşam – kartofsuz vineqret (zeytun yağı qatılmış)
Xülasə
Uşaqlar üçün arıqlamaq yolları pəhrizlə yanaşı, həm də idman və gimnastikadan ibarətdir. Lakin bir məqamı yadda saxlayın ki, uşağı qətiyyən yükləmək olmaz!
Və uşağınızın bədən çəkisi normadan 10-15% artıqdırsa, həkim ilə bərabər uşağınızı sağlam qidalanmaya keçirin!
Rəna Bayramova
MayoMed klinikasının pediatr və kliniki dietoloqu
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03, +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)
Salam menim qizimin 7 yasi var 32 kq gelir. Onu nece ariqlada bilerik