kisi 1

Bunlardan əl çəkməsəniz, milyonçu ola bilməyəcəksiniz: Uğursuz insanın vərdişləri

Baxış sayı: 760

1) Maliyyə idarə edərkən emosiyalara yol vermək

Zəngin insanlar öz hisslərini idarə edə bilir, çünki onlar qərarların qəbul edilməsinə ciddi təsir göstərir.

Uğurlu insanların həmişə düşünülmüş planı olur və onlar hər bir vəziyyətdə ona söykənir. Onlar bilir ki, hər şeyə gücü çatmır və enerjilərini ən sərfəli səmtə yönəldirlər.

2) Dəyərə yox, qiymətə fikir vermək

Bir çox insan üçün məhsulun qiyməti onun alınıb alınmamasında müəyyənedici amil rolunu oynayır. Zəngin olmağı məqsəd tutan insan isə daha dərinə baxır və məhsulun qiymətinin onun dəyərinə uyğun olub olmadığını anlamağa çalışır. Belə insanı həm çox yüksək, həm də çox ucuz qiymət qorxudur.

Zəngin insanlar, iki dəfə xərcləməmək üçün keyfiyyətə üstünlük verir, lakin brendə görə əlavə pul vermək də onlarlıq deyil.

3) Özünü əfsanəvi zəngin hesab etmək

Söhbət öz var-dövlətinə qeyri-ciddi, laqeyd yanaşmaqdan gedir. Heç bir zəngin insan dövlətli olduğu üçün hər şeyə pul xərcləməyi düşünməyib. Yığılmış pullara məsuliyyətlə yanaşmaq, vacib şeylərə pul xərcləmək lazımdır.

4) Maaşı yeganə gəlir mənbəsi kimi görmək

Əlbəttə ki, maaş ən ilkin gəlir mənbəsidir, lakin o çatışmır. Hətta yaxşı requlyar gəlir milyonçu olmağa imkan vermir. Hər uğurlu insanın eyni anda bir neçə gəlir mənbəsi var. Və o, bu mənbələr arasında sərmayələri düzgün idarə edir.

5) Riskli məqsədlərdən qorxmaq

Qarşına məqsəd qoymaqdan qorxmamalısan, əks təqdirdə onlara necə çata bilərsən? Məqsəd nə qədər də mürəkkəb olsa, çox sadə qaydalara riayət etdikdə ona çatmaq mümkündür.

İlk növbədə onu dəqiq şəkildə təsəvvür edin. İkincisi – qeyd edin. Mütləq şəkildə məqsədə aparan yolun planını cızın, onu balaca mərhələlərə bölün. Bütün iş mürəkkəb görünsə də, balaca addımlarla görüldükdə asanlaşır. Milyonçular məhz belə edir.

6) Öz gəlirini çoxaltmaq üçün başqalarından qoparmaq

Maliyyə – “uduzan çıxır” oyunu deyil. Əgər kiminsə pulu artıbsa, o demək deyil ki, başqaları az gəlir əldə edir. Zəngin və uğurlu insanların psixologiyası əks istiqamətdə işləyir: kapitalının artması üçün əvəzində nə isə təklif etməlisən. Zəngin insanlar hər gəliri, cəmiyyətə necə kömək etmək, ona nə təklif etmək mövqeyindən yanaşır.

7) Hər şeydə ekonomiya etmək

Kapitala diqqət yetirmək, zəngin insanların hər şeydə özlərini məhdud etməsi anlamına gəlmir. Əgər nəyəsə pul çatmırsa, uğurlu insan özünü sıxmayacaq. O, daha çox gəlir əldə etmək yolunu axtaracaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir