Şam yeməyində çiy tərəvəz salatı yemək zərərsiz bir fikir kimi görünür. Pəhriz saxlayanların zehnində tərəvəz salatları yüngül və kalorisiz qida kimi möhkəm yer tutub. Üstəlik tərəvəzlər vitaminlər və faydalı mikroelementlərdir. Aşağı kalorili və çox liflidirlər, hesab olunur ki, axşam yeməyində bundan daha faydalı yemək tapmaq olmaz. Lakin həkimlər və qidalanma mütəxəssisləri bununla razılaşmırlar.
Avstriya sağlamlıq mərkəzinin qidalanma mütəxəssisi Verba Mayr İrina Popova bunun nəticələri barədə danışıb. O, bildirib ki, sağlamlığa, xüsusilə mədə sağlamlığına diqqət yetirirsinizsə, son yemək kimi çiy tərəvəzlər tövsiyə edilmir:
“Tərəvəzləri çiy halda yemək tövsiyə edilmir, çünki bu, həzm sisteminin ifrazını artıra, turşuların və spirtlərin əmələ gəlməsi ilə şişkinlik yarada bilər ki, bununla bağırsaq qişasısının iltihabına təkan verir. Buxarda bişmiş tərəvəzlərin yatmazdan 3-4 saat əvvəl və ya bəlkə də yatmazdan əvvəl qəbulu axşam aclığının qarşısını alacaq və mədədə ağırlığa səbəb olmayacaq. Ümumiyyətlə tərəvəzləri ən yaxşı yemək üsulu buxarda bişirməkdir. Beləliklə tərəvəzlər faydalı maddələri saxlayacaq, ləzzətlərini itirməyəcək və bişirilməsi çox vaxt aparmayacaq. Brokkoli, yaşıl lobya, qulançar, gül kələm və şirin kartofu buxarda bişirin”. (“Publika.az”)