MAKIYAJ SUNGERI

Makiyaj süngərindən necə istifadə edilməli?- 5 QAYDA

Baxış sayı: 857

Makiyaj süngərləri bir çox xanımların kosmetika çantasının ayrılmaz hissəsidir. Makiyajın üzdə daha yaxşı qalmasına xidmət edən bu süngərlərdən istifadənin də sən demə, öz qaydaları var imiş.

Kosmetoloqların tövsiyyələrinə görə, bu qaydalara əməl edərək makiyaj süngərindən istifadə etmək həm onun ömrünü uzadır, həm də dərinin sağlam qalmasına kömək edir.

 

Quru istifadə etmək

Quru istifadə edilən makiyaj süngəri tonal kremi özünə daha çox çəkir. Beləliklə, tonal kremin çoxu üz əvəzinə süngərə yapışır. Buna görə də, makiyaja başlayarkən əvvəlcə süngəri islatmaq, yaxşıca sıxmaq və daha sonra tonalı üzə tətbiq etmək lazımdır. Belə tətbiqetmə həm daha az tonal krem istifadə etməyimizə, həm də yumşaq şəkildə hərəkət etdirməyimizə gətirib çıxarır.

 

Tonal kremi birbaşa süngərə tökmək

Tonal kremi birbaşa süngərə tökmək əvəzinə, ələ tökün və sonra süngərin geniş tərəfilə burdan alıb üzə tətbiq edin. Beləliklə, makiyaj süngərinin daha az tonal krem əmməsinin qarşısını almış olacaqsınız.

 

Sadəcə tonal krem üçün istifadə etmək

Makiyaj süngərini təkcə tonal krem üçün deyil, həm də, krem və gel şəklində olan ənlik, aydınlatıcı kimi məhsulların tətbiqində də istifadə edə bilərsiniz.

 

Təmizləmədən çantaya atmaq

Makiyaj süngərini çox vaxt təmizləmədən çantaya atırıq. Amma təmizlənməyən süngərin içində bakteriyalar yaranır və onu üzə vurduqda dərimizdə sızanaq kimi dəri problemləri yaranır. Buna görə də, hər istifadədə makiyaj süngərini su ilə yumaq və qurutmaq lazımdır.

 

Uzun müddət istifadə etmək

Makiyaj vasitələrinin istifadə müddəti olduğu kimi, süngərin də istifadə müddəti var. Yeni süngərə ehtiyac onun rənginin dəyişməsi və formasını itirməsilə yaranır. Əgər makiyaj süngərini hər gün istifadə edirsinizsə onu 2-3 aydan bir dəyişməyiniz məsləhətlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir