Ət, yumurta, pendir kimi zülallı qidalar mədədə uzun müddət həzm olunan qidalardır. Şirniyyat və meyvələr mədədə çox qalmadan bağırsağa keçir və burada ilk həzmini tamamlayır. Su isə mədədə bədən istiliyinə çatdıqdan sonra bağırsağa keçər.
Bu barədə qida texnoloqu Ağa Salamov danışıb.
O bildirib ki, yeməkdən əvvəl su içməkdə fayda var: “Buna görə də əvvəlcə su içilməlidir, sonra qarışdırmamaq şərtilə meyvə və ya desert, sonra isə salat və yemək yeyilməlidir. Yeməkdən sonra meyvə və ya şirniyyat yeyildiyində, meyvə və şirniyyat həzmi tamamlamaq üçün bağırsağa keçə bilmir nəticədə mədədə mayalanır, çürüyür və qaz əmələ gətirir. Təsadüfi deyil ki, Allah ardıcıl olaraq, Vaqiə surəsi 20-ci ayədə meyvədən, 21-ci ayədə isə ətdən (zülaldan) bəhs edir”. (“Publika.az”)