images

Göz qələmində bilmədiyimiz təhlükələr

Baxış sayı: 2. 247

Mövsümdən asılı olmayaraq? hava necə olursa olsun, nə geyinsək fərq etməz – bir qadının makiyaj etməsinə mane olan heç bir şey yoxdur! Əslində makiyaj bir qadının özünü yaxşı hiss etməsinə, əhvalı pisdirsə əhvalını düzəltməyə, özünə olan öz etibarını təkrar qazanmasına və ən əhəmiyyətli şey güzgüyə baxanda qarşısındakı gözəlliyi görərkən gülməsinə, xoşbəxt olmasına gətirib çıxaran səbəblərdən biridir… İşləyən qadınlar üçün makiyaj xüsusilə bir həyat forması olmuşdur, bəziləri də deyə bilər ki, bəlkə bu, bir zərurətdir. Amma bir qadının gülməsinə, özünə olan güvəninin qat-qat artmasına səbəb olan şeylər arasında makiyaj da şübhəsiz vardır. Və buradakı əsas məsələ odur ki, bu gülümsəməyi, öz etibarını qoruyub saxlamaq üçün qadının kimsəyə ehtiyacı yoxdur, heç kimdən gözləyəcəyi də heç nə yoxdur; təkcə makiyaj çantası ona yetər.

Makiyajın lazımlılığı, makiyaj edərkən daxilində bir qadın obrazının yaradıldığını və ya özünüzə bəxş etdiyiniz duyğular haqda sizinlə bölüşdük, yaxşı, bəs bu xəbərimin əsl məqsədi nədir? Göz makiyajının və göz obyektlərinin gözünüz üzərindəki yeri və nəticələri üzərində dayanmaq və bu mövzu haqqında diqqətinizi çəkmək istəyirəm, bu səbəbdən ki son illərdə göz makiyajı üzümüzə etdiyimiz makiyajdan daha çox olmağa başlayıb, makiyaj vasitəçiliyi ilə diqqəti gözlərə çəkmək istəyən xanımlar – gözə tətbiq olunan kölgə və göz qələmləri gözlərdə korluğa qədər yol aça bilər.

Yaxşı, bəs bu necə olur? Unutmamaq lazım olan tək şey var – bitki mənşəli makiyaj məhsulu deyə bir şey yoxdur! Birdən çox kimyəvi məhsul ilə əməliyyatlardan keçirilən, işlənən maddələr ilə yaradılan göz qələmləri göz altından və göz üstündən gözlərimizə sızmaqda və gözümüzü məhv etməkdədir, bu nəticə də korluğa gətirib çıxara bilər. Bu təhlükəli məhsullar arasında göz qələmləri və eye-linerlər əsas yer tutur, çünki bunlar gözaltı, gözüstü, hətta göz içinə sürtülür, daha çox kölgəli, daha cəlbedici gözlər yaradır. Ancaq gözə çəkilən bu məhsulların gözlərimizə zərəri olduqca çoxdur və unutmayın ki, bu məhsulların sayəsində o gözəl gözlərinizi bir daha görməməyiniz mümkün olmaya bilər (Allah göstərməsin).

Yaxşı, bir göz makiyajı necə edilməli və ya bu məhsullar necə istifadə edilməlidir?
– Mümkün olduqca keyfiyyətinə etibar etdiyiniz məhsullar istifadə etməlisiniz;
– Xüsusilə göz altına, gözün içinə qələm kimi məhsullar istifadə etməyin.

qadin.net




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir