Fotoqraf Lauren Fleişmanın “Aşiqlər” adlı foto seriyasında 50 ildən çox birlikdə olan cütlüklərin romantik görüntüləri yer alıb. Beləliklə, həmin fotoları təqdim edirik:
Yevgeni və Lyubov 1938-ci ildə bir rəqs məclisində tanış olublar.
Cek və Mari: “Cek mənə evlilik təklif edəndə ona “ola bilər, amma düşünürəm ki, bu mümkün deyil!” cavabını verdim… Amma indi buradayıq!”
Gino və Angie: “Qocalmaq haqqında o qədər də çox düşünmürsən. Axı kiminsə yanında qocalırsan və hər gün gördüyün birində dəyişiklikləri hiss etmirsən…”
Yakov və Mariya cütlüyü sevginin sirrini açırlar: “Sirr sirrdir və mən öz sirlərimi demirəm!”
Moses və Tessi cütlüyü: “Həyat yoldaşım hər gün mənə sevgisini bildirir. Hər gün “Bu gün səni sevdiyimi söylədimmi?” deməkdən yorulmur… ”
Fred və Fran: “1939-cu ildə tanış olduğumuz zaman bir qəpiyimiz də yox idi. Bir-birimizlə vaxt keçirməkdən zövq alırdıq…”
Josep və Doroti: “Sevgi dəyişir, romantika sonsuza qədər davam etmir. Amma mən hələ də ona aşiqəm…”
Con və Şerma: “Əvvəlcə bir-birinizi həddindən artıq çox sevdiyinizi zənn edirsiniz, amma sevgi böyüyür. Daha çox yaşadıqca, böyüdükcə sevgi də çoxalır… İndi də həyatın bu mərhələsində onu daha çox sevirəm. Həyatı onsuz təsəvvür etmirəm…”
Leon və Harriett: “O kişinin Harriett olduğunu bilirdim, həmişə bilirdim…”
Jin Lin Çen və Lai Mei Çen: “Tanış olduq, üç gün görüşdük və yazışmalara başladıq. 5 il ərzində hər həftə bir-birimizə məktub yazdıq. Hekayəmiz belə başladı…”
Aldo De Spagnolis və Maria Filiozzi De Spagnolis: “Mariyanı ilk gördüyümdə onun 14, mənim 22 yaşım var idi. İndi özümü hələ də gənc hiss edirəm!”