Dünyada milyonlarla insan vaksinasiya olunub və bu günə qədər ciddi fəsadı görülməyib. Peyvəndlə bağlı gərginliyin bir səbəbi də sosial şəbəkələrdə onun haqqında irəli sürülən səhv fikirlərdir.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu sözləri türk professor Hasan Murat Gündüz “Habertürk”ə açıqlamasında deyib. Həkim bildirib ki, pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır:
“Peyvənd olunmuş yaşlılar arasında artıq yoluxma azalıb. Vaksin haqqında sosial şəbəkədə yayılan fikirlər səhiyyə sisteminin də işini çətinləşdirir. Nəticədə bir çox insan bundan zərər görür. Ya xəstəxanaya yatır, ya da həyatını itirir. Elmi nəticələrdən savayı məlumatlara etibar etməyin. Əgər tərəddüdünüz varsa, həkimlər və ekspertlərə müraciət edin. Ən doğru məlumatı onlardan öyrənə bilərsiniz. Burada tək işığımız elmdir.
Gənclər də peyvənd edilməlidir. Zaman-zaman reanimasiya şöbələrində heç bir xəstəliyi olmayan gənclərin də pisləşdiyini və ağciyərlərinin sıradan çıxdığını görürük. Cəmiyyətin immunitet qazanması üçün peyvənd son dərəcə vacib şərtdir”.