Beləliklə, ideal kişilərə xas 10 xüsusiyyəti təqdim edirik:
1)Çətinliklərdən qorxmur və hər işin öhdəsindən gəlməyə hazırdır
İdeal ər təkcə gözəl sözlər deməklə kifayətlənməz, eyni zamanda sizə qol-qanad verər, sizinlə çiyin-çiyinə problemlərin öhdəsindən gəlmək üçün vuruşar.
2) Yemək bişirə bilər
Hökmən vacib deyil ki, kişi əlinə bıçaq alıb mətbəxdə iş görsün, xariqələr yaratsın. Sadəcə olaraq bir-iki meyvənin dilimləyib ortaya çıxarılması qadının xoşbəxt olmağı üçün kifayət edir.
3) Səhvlərinizə baxmayaraq sizi dəstəkləyir
Səhvi hər kəs edə bilər. Sizi günahlandırmaq yerinə, hər vəziyyətdə yanınızda olduğunu hiss etdirməlidir.
4) Sizlə bağlı bütün incəliklərə ciddi fikir verər
Bu o demək deyil ki, sizinlə tanışdığı günü, ikinizlə bağlı önəmli günlərin hamısını xatırlamalıdır. Sizlə bağlı incə məqamları nəzərində tutar, məsələn çayı neçə qəndlə içirsiz və ya xoşladığınız yemək, mahnı hansıdır.
5) Ağıllıdır
Kvant fizikasını açıqlayan adamdırsa lap yaxşı. Amma bundan da əhəmiyyətli məsələlər var. İdeal ər istənilən problemdən çıxış yolu tapmalıdır. Məsələn, qarşınızda ananız ilə mübahisə edərkən sizə yaxşı məsləhətlər verən adam varsa, xoşbəxtsiniz deməkdir.
6) Əyləncəlidir
Əhval-ruhiyyəniz olmadıqda, sizi necə əyləndirəcəyini yaxşı bilir. Üzünüzü güldürəcək şeylər mütləq tapır.
7) Yola gəlməyi, uzlaşmağı bilir
İdeal kişi polis, ağlayan qadın və ya pis qonşusu ilə dava etmədən uzlaşmağı bilər.
8) Evdən çıxar-çıxmaz problemləri unutmaz
Kişilər eyni anda birdən çox problemə köklənməkdə çətinlik çəkirlər. Amma sevən kişi problemlərinizi unutmaz və diqqətdə saxlayar.
9) Fikirlərinizə dəyər verir
Ər-arvad arasında münasibətlər təkcə bir yerdə yaşamaqla bitmir. Eyni zamanda cütlük bir-birini başa düşməli, hər mövzuda bir-birilə səmimi danışmağı və qarşılıqlı anlayış nümayiş etdirməlidir. “Evdə həmişə kişinin sözü şərtsiz keçməlidir” deyə bir qayda yoxdur. Qərarları birlikdə qəbul etmək xoşbəxt evliliyin əsas açarlarından biridir.
10) Ev işlərində sizə kömək edir
Əriniz sizə hörmət edirsə və minnət duyursa, şəxsi qulluqçusu kimi ona xidmət etmənizi əsla istəməz. Yorğun olduğunuzu anlayar və sizə kömək edər. Ev işlərində sizə kömək etmək onun üçün birlikdə yaxşı vaxt keçirməyin yollarından biri olmalıdır.