“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə qarabaşaq salatının hazırlanma qaydasını təqdim edəcəyik.
Lazım olan ərzaqlar
4 yemək qaşığı qarabaşaq(greçka),
1 ədəd quru soğan və ya
2 dəstə təzə soğan
56 ədəd pomidor,
45 diş sarımsaq
1 dəstə cəfəri və şüyüd
1 yemək qaşığı sirkə
1 çay qayığı zeytun yağı
çox az duz
Hazırlanma qaydası
Qarabuğdayı arıtlayın. Təmizlədiyiniz qarabuğdayını 1 saata qədər isti suyla isladaraq gözlədin. Daha sonra yumuşalana qədər bişirin. Tərəvəzləri təmizləyərək yuyun. Pomidor, sarımsağı, soğanı, cəfəri və şüyüdü yuyun. Tərəvəzlər suyunu süzdükdən sonra doğrayın. Bişirdiyiniz qarabaşağı soyumağa qoyun. Soyuyan qarabaşağa sirkə, tərəvəzləri , zeytun yağı və duzu da əlavə edib qarışdırın.
Soyuq halda servis edin.
Nuş Olsun!
Təqdim etdi: Məsudə Sultan