peyvend

COVID-19 peyvəndi immuniteti zəif olanları qoruyurmu?

Baxış sayı: 524

Avstraliyalı alimlər zəif immunitet sistemi olan insanların iki doz COVID-19 peyvəndi ilə tam qoruna bilməyəcəyi elan edib.

Açıqlamada immuniteti zəif olan 12 yaşdan yuxarı vətəndaşlardan virusdan tam qorunma əldə etmək üçün üçüncü doz peyvənd vurdurmaları tövsiyə olunub. Yeni növ koronavirusun Delta variantına qarşı mübarizənin davam etdiyi ölkədə peyvəndin üçüncü dozasının gələn həftədən başlanacağı bildirilib.

“Zəif immunitetə sahib olan insanlar peyvəndin üçüncü dozasını qəbul etdikdən sonra da maskalar və sosial məsafə kimi qaydalara əməl etməlidir. Təəssüf ki, iki doza vaksin ümumi əhali ilə eyni immunitet sisteminə malik olmayan insanları qoruya bilməz”, – açıqlamada deyilir.

Avstraliyanın Səhiyyə naziri Qreq Hant immunitet sistemi zəif olan təxminən 500.000 avstraliyalının üçüncü dozada peyvənd vurdurmasını vacib hesab edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir