QADIN

Kişilərə cəlbedici görünən geyim və aksesuarlar – QADINLARIN MENYSUNA

Baxış sayı: 709

Kişilər qadınlarda bir çox geyim, hərəkət və aksesuarları çəkici hesab edir. Adətən görüşlərdə öz geyim və makiyaj tərzi ilə qarşı cinsi cəlbetməyə çalışan qadınlar xarici görünüşlərinə çox önəm verirlər. Bununla yanaşı bu yazıda bir neçə aksesuar növündən bəhs edəcəyik ki, kişilər bunları çox cəlbedici hesab edir.

1) Eynəklər. Kişilər iri eynəkli qadınları çox çəkici olaraq görür. Eynəklər qadınlara xüsusi bir baxış tərzi verir və bu kişiləri tezliklə cəlb edir.

eynek

 

2) Dəri geyimlər. Dəri geyimlər qadınlara xüsusi bir gözəllik verir. Bununla yanaşı dəri geyimli qadınlar kişilərin gözündə daha iddialı və özgüvənli görünür. Kişilər nə qədər sözsahibi onlarmış kimi görünmək istəsələr də övgüvənli qadınlar onlara cəlbedici görünür.

3) Tayt və lasinlər. Əvvəllər daha çox idman və yoga üçün istifadə edilən taytlar artıq günün dəbi halına gəlmişdir. Bədənə oturan taytlar qadınların bədən xətlərini ortaya çıxardığı üçün kişiləri cəlb edir.

4) Hündürdaban ayaqqabılar. Bu tip ayaqqabılar qadınları çəkici və incə göstərir. Qadının ayaq boyunu daha uzun göstərməklə yanaşı, yerimə tərzində də xüsusi çəkicilik gətirən hündürdabanlar kişiləri cəlb etməkdə idealdır.

5) Transparan detallar. Geyimlərdə geniş yer verilən trasnparan detallar açıq geyimlərdən daha çox çəkici görünür. Transparan detallar müəyyən hissələri qabarıq göstərməklə kişilərin daha tez diqqətini çəkir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir