Ananın hamiləlik müddəti olduqca həssasdır. Qışda soyuqdan qorunmaq sağlam bir hamiləlik baxımından böyük əhəmiyyət daşıyır. Körpəyə mənfi təsir edəcək səbəblərdən qorunmaq və düşən bədən müqavimətini gücləndirmək üçün gigiyena, geyimdən dərman istifadəsinə qədər bir çox məsələyə diqqət edin.
Qış aylarında yaşıl yarpaqlı tərəvəzlər yeyin
Qış aylarında nizamlı qidalanmaq maddələr mübadiləsini gücləndirmək baxımından çox önəmlidir. Qidalardan karbohidrat, protein və mineral qəbulunu təmin etmək lazımdır. Hamiləliyi qış ayına düşən qadınlar əslində çox şanslıdır. Çünki dəmirlə zəngin kahı, ispanaq, kərəvəz, kələm kimi yaşıl yarpaqlı tərəvəzlər, liflə zəngin qidalar qışda daha çox olur.
A və C vitaminləri immunitetə dəstəkdir
Hamiləlik zamanı A və C vitamin qəbulunu unutmamaq lazımdır. Narıncıgillər, kök, brokoli, balqabaq, yaşıl bibər, göyərti kimi tərəvəz və meyvələrdən əldə edə bilərsiz. Bağırsaq hərəkətlərinə yardımcı olduğundan təzə sıxılmış meyvə suları için.
D vitamin ehtiyacınızı balıqla qarşılayın
Hamiləlik zamanı kilo almamaq həm ana, həm də körpənin sağlamlığı üçün önəmlidir. Protein, kalsium və vitaminli qidalar yeyin. Ət, balıq, toyuq, yumurta kimi qidalarda protein, süd, ayran, qatıq kimi məhsullarda kalsium var. Bol meyvə, tərəvəz yeyərək isə vitamin ehtiyacınızı qarşılaya bilərsiz. D vitamin ehtiyacını qarşılamaq üçün balıq çox yeməlisiz. Həftədə 1 dəfə balıq yemək sümük və diş sağlamlığı üçün önəmlidir.
Qapalı və qələbəlik yerlərə diqqət edin
Soyuq havadan qorxan hamilə qadınlar daha çox qapalı yerlərdə qalmağa çalışarlar. Ancaq qapalı, qələbəlik olan yerlərdə bir neçə adamın nəfəs alması hamilələr üçün təhlükəlidir. Məkanlarda havalandırmanın olub olmamasına diqqət edin. Yetərsiz havalandırma yoluxucu xəstəliklərin tez yayılmasına səbəb olar. Uşaqda inkşaf geriliyi, az çəkili, öyrənmə və davranış pozuntusuna səbəb olan siqaret dumanından analar qaçmalıdır.
Burun tıxanıqlığı üçün duzlu su
Hər insan kimi hamilə qadınlar da soyuq havadan qorunmalı, əllərini tez-tez yumalı, xəstəlik tutduğunda isə bol maye qəbul etməli və istirahət etməlidir. Burun tıxanıqlığı üçün duzlu su isifadə edin. Öskürək, qızdırma, nəfəs darlığı probleminiz varsa, həkimə gedin.
Yun və pambıq geyimlər geyinin
Hava keçirən yumşaq, soyuq havadan qoruyan yun və pambıq geyimlər geyinin. Qat-qat geyinərək çox tərləməni əngəlləyin. Ayağı isti saxlayacaq altı sürüşkən olmayan ayaqqabı geyinin. Əl və üzünüzü ilıq suyla yuyub nəmləndirici istifadə edin. (ailem.az)