alis-veris

Endirimlərdən necə yararlanaq? – 5 ÜSUL

Baxış sayı: 726

Bəzən ehtiyac olmadıqda belə endirimlər insanları alış-verişə sövq edir. Bu kimi hallar isə büdcəmiz üçün heç də yaxşı olmur.
Bunu nəzərə alıbendirimlərdən daha səmərəli yararlanmaq üçün bəzi üsulları təqdim edirik.

alis-veris

Ehtiyaclarınızı sıralayın

Bu, sadəcə endirimlər deyil, bütün alış-verişləriniz üçün çox vacib bir maddədir. Böyük endirimlər, əsasən, əvvəlcədən müəyyən edilir. Bütün ehtiyaclarınızı qeyd edin və endirim günlərini gözləyin. Siyahını əvvəldən hazırlamasanız, alış-veriş zamanı çətinlik yaşaya bilərsiniz.

Nə almaq istədiyinizə tam əmin olun

Əgər brend paltarlar almaq istəyirsinizsə, endirim başlamazdan əvvəl mağazalara gedərək məhsulları sınayın. Məhsulun cari qiymətini götürüb endirimlə müqayisə edin. Endirim günü o izdihamlı mağazalara getmək əvəzinə, evinizdən sifariş verə bilərsiniz.
alis-veris
Mağazaları müqayisə edin

Fərqli brendlərdən məhsullar almaq istəyirsinizsə, onların hər birinin endirimlərini müqayisə edib, sizin üçün ən ucuzunu seçə bilərsiniz. Qiymətlərini müqayisə edərkən kosmetika məhsullarında çəkiyə də fikir verməyi yaddan çıxarmayın.

Onlayn alış-verişə üstünlük verin

Endirim zamanlarında mağazalara olan insan axınından xilas olmaq üçün ən yaxşı vasitə onlayn alış-veriş etməkdir. Bu həm vaxt itkisini azaldacaq, həm da daha rahat olacaq.

Səbətinizi əvvəlcədən hazırlayan

Onlayn alış-verişin digər rahat və asan cəhəti də endirimdən əvvəl istədiyimiz məhsulları səbətə daşıya bilməyimizdir. Səbətinizi endirimə  bir neçə saata qalmış hazırlasanız, alış-verişinizi stress olmadan başa vura bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir