aile

Ailədə dava-dalaşın qarşısını necə almaq olar?

Baxış sayı: 659

Ailədə dava-dalaş, mübahisə bir çox insan üçün acı verici və dözülməz hala çevrilib. Xüsusilə bu gündəlik təkrar olnursa. Bəs ailədə dava-dalaşın qarşısını necə almaq olar?

AILE

Mühiti tərk edin

Dava-dalaş vaxtı kimin haqlı olduğu, ya da kimin daha güclü olub özünü əzdirmədiyini bir kənara buraxın. Əhəmiyyətli olan o an və o andan sonra baş verəcəklərdir.

Mümkünsə mübahisə başlayan anda “İndi əsəbiyik, daha sonra sakit bir başla danışarıq” deyin və otağı tərk edin. Çünki siz də qarşınızdakı insan kimi əsəblərinizə hakim olmaqda çətinlik çəkə bilərsiniz. Bu isə çox pis nəticələrə səbəb ola bilər.

aile

Qarşı tərəfin təhriklərinə fikir verməyin

Qarşı tərəf sizi təhrik edəcək bir çox şey söyləyə bilər, keçmişi üzünüzə vura bilər. Bu təhriklərə cavab verməməniz sizin və həyat yoldaşınızın xeyirinə olacaq. Çünki həm siz sinirlərinizə hakim olacaqsınız, həm də qarşı tərəf sizin bu münasibətiniz qarşısında ən qısa zamanda səhvini anlayacaq və üzr istəyəcək.

aile

Problemi sakit bir şəkildə müzakirə etməyə çalışın

Mübahisə etmədən öncə uyğun bir dillə (təbii ki yoldaşınıza edilməsi lazım olan ən doğru xitab şəklini bilirsiniz) problemi deyin və qarşı tərəfi qıcıqlandırmayacaq sözlərlər müzakirə etməyə, çıxış yolu tapmağa çalışın. Əmin olun ki, bu halda problemi birlikdə daha tez və istədiyiniz kimi həll edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir