Evimiz ən çox vaxt keçirdiyimiz yerdir. Mənzilimizin enerjisi nə qədər yüksək olarsa, biz də özümüzü bir o qədər xoşbəxt hiss edirik.
Beləliklə, evinizin enerjisini artırmağın yollarını təqdim edirik.
1)Evi tez-tez havalandırın
Otaqların havasını 2 saatdan bir 10 dəqiqəlik ara ilə dəyişin. Təmiz hava evin ağırlığının dağılmasına imkan yaradır. Bu minimum vaxtdır. Ehtiyac olarsa havalandırmanın müddəti daha da artırıla bilərsiniz.
2) Pərdələri və jalüzləri açıq saxlayın
Evinizə nə qədər günəş işığı düşsə, özünüzü bir o qədər enerjili hiss edəcəksiniz. Gün işığı əhval-ruhiyyəni yüksəltmək üçün əsas vasitədir.
3) Rənglərin enerjisindən istifadə etmək
Hər rəng insanda fərqli hisslər yaradır. Yumşaq rənglər daha çox sakitlik verir, canlı rənglər isə insanlarda pozitivlik hiss etdirir. Tünd rənglər evin enerjisini xeyli azaldır. Sizi xoşbəxt edəcək rənglər və əşyaları kombin etmək bu işdə sizə çox kömək olacaq.
4) Artıq əşyalardan xilas olmaq
Evinizdə nə qədər çox əşya varsa müsbət enerji bir o qədər az olur. İstifadə etmədiyiniz əşyaları ehtiyacı olanlara vermək həm evinizin, həm də sizin əhvalınızı yaxşılaşdıracaq. Həyatımızdakı xaosu minimuma endirmək üçün çantamızdan tutmuş şkafa qədər bütün ev əşyalarımızı nəzərdən keçirməliyik.
5) Evdə təmizlik işləri görmək
Təbii təmizləyici materiallardan istifadə, xüsusilə də bir az sirkə əlavə etmək enerjinin artırılması üçün ideal vasitədir. Lavanda və gül iyi yüksək enerjisi olan qoxulardır. Buna görə də qonaq otağında və koridorda belə qoxulu çiçəkləri yerləşdirməklə enerjinizi yeniləyə bilərsiniz.