sosial sebekeler

Sosial şəbəkələrin dağıtdığı ailələr

Baxış sayı: 662

“Sosial şəbəkə” termini elmi leksikona 1954-cü ildə ingilis sosioloqu Barn tərəfindən daxil edilib. O zamanlar sosial şəbəkə deyəndə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən struktur nəzərdə tutulurdu.

Hazırda internet həyatımıza elə daxil olub ki, onsuz ictimai fəaliyyətimizi təssəvvür etmək çətindir. “Facebook”, “Twitter”, “Odnoklassniki.ru”, Tik-Tok və s. şəbəkələr mövcuddur. Bəs, görəsən, bu saytlar insanların həyatına necə təsir edir?

Əslində bu şəbəkələrdən istifadə etmək elə də problem sayılmır. Lakin baxır kim bundan hansı məqsədlə yararlanır? Hər bir insan bilməlidir ki, sosial şəbəkədən nə istəyir.

sosial sebeke

Qeyd edək ki, burda bir sıra üstün cəhətlər də var. Məsələn, ünsiyyət – bu, sosial şəbəkə üçün ən müsbət funksiyadır. Bu funksiya istifadəçiyə bəlkə də uzun müddət görmədiyi dostunu, tanışını tapıb onunla əlaqə saxlamaqda, danışmaqda çox kömək olur. Digər üstün cəhət isə informasiya əldə edə bilməkdir. Təbii ki, söhbət operativ informasiyadan gedir. Lakin bütün bunlara baxmayaraq, bu şəbəkələrin xeyrindən çox ziyanı var. Ümumilikdə götürsək, bu ziyan təkcə bir şəxsə deyil, bütöv bir cəmiyyətə mənfi təsir göstərir.

Bu məsələ bir çox mütəxəssisin də diqqət mərkəzində olan problemdir. Dünya alimləri belə hesab edirlər ki, “Facebook”, “Twitter” bəşəriyyəti məhvə aparan yeni silah növüdür. Onlar hesab edirlər ki, bu tip sosial şəbəkələr insanları müasir həyatdan uzaqlaşdırır, onların beyinlərini yuyur və robort kimi özünə tabe edir. Ən başlıcası isə insanlarda mənəvi dəyərləri məhv edir.

Bir neçə il əvvəl bəzi insanlar “telefon xəstəsi” adlandırılırdısa, indi bu, “facebook xəstəsi”, “internet xəstəsi” kimi sözlərlə əvəz edilir. Əvvəllər insanlar bir-birindən tanışlıq üçün telefon nömrələrini alırdılarsa, indi bir-birini tanımayan şəxslərin ilk sualı “facebook ünvanın nədir?” olur. Əgər facebookda səhifənin olmadığını eşidirsə, qarşındakı şəxsin qəribə mimikasını görürsən.

Əslində sosial şəbəkələrlə bağlı problem dünyanın bir çox ölkəsində var. Azərbaycanda da internetə çıxış əvvəlki illərlə müqayisədə indi daha çox olduğundan təbii ki, bizim ölkədə də “facebook xəstələri” mövcuddur. Bu şəbəkələrə daxil olan insanın artıq öz “virtual dünyası”, “virtual həyatı” olur. Burada özünə virtual dostlar, tanışlar hətta sevgi tapanlara da rast gəlirik. Bugünkü günümüzdə internetlə tanış olub ailə quranların sayı da az deyil .Düzdür, burada pis bir şey yoxdur, təki xoşbəxt olsunlar. Amma bəzən də çox xoşbəxt bir ailədə məhz ya qadının ya da kişinin bu şəbəkələrə girməklə öz ailəsində problem yaratdığının şahidi oluruq. Sonda bir tərəf qarşı tərəfə öz “virtual sevgisi” ilə xəyanət etməklə boşanmaq  həddinə gətirib çıxarır.

sosial sebekeler

Bəli, təəssüflər olsun ki, bu mənfi hallar artıq bir çox ailənin başına gəlib və gəlməkdədir. Bu, hələ indiki dövrümüzdə belədirsə, görəsən, gələcək nəslin vəziyyəti necə olacaq? İndiki nəsil müəyyən mənada internet və sosial şəbəkələrdən asılı olduğu halda gələcək nəsillər tamamilə bu fəlakətlərin qurbanına çevrilə bilər ki, bu da bəşəriyyətin gələcəyini indidən təhlükə altına salır. Belə ki, indiki nəslin keçmişi real həyatla bağlı olub. Odur ki, onları tamamilə real həyatdan qoparmaq mümkün deyil. Lakin gələcək nəsil gözünü açandan “Facebook”və “Twitter” kimi sosial şəbəkələrin istifadəçisi olacaq. Onlar hansı dəyərlərin sahibi olacaqlarını təsəvvür etmək çətindir.

Bugünkü həyatımızı tamamilə internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək də mümkün deyil.Bunu etsək, müasir dünyadan uzaqlaşmış olarıq. Çalışmaq lazımdır ki, hər bir işin xeyir olan tərəfindən istifadə edək.

 

Samirə QULİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir