valideyn

Uşaqların tərbiyəsində yaş amili – Hansı yaşda nə baş verir?

Baxış sayı: 664

Uşaqların ilk illəri bütün ailə üzvləri üçün asan dövr deyil. Hər kəs də bilir ki, danışa bilməyən uşaqlar müxtəlif qışqırıq, bağırmaq kimi səslər çıxarır. Amma onların nə demək istədiyini deşifrə etmək qəlizdir.  Körpələr böyüdükcə onlarla yaşamaq asanlaşır. Amma qəfildən uşaqlarda 3 yaş krizisi başlayır.

Sözügedən böhran yaşında azyaşlılar daha hay-küylü olurlar. Bunun səbəbi və qarşısını almaq üçün mütəxəssis rəyləri mövcuddur. Hələ danışa bilməyən körpələrin qışqırıq səbəbləri isə bunlardır:

Aclıq

Soyuq

Ağrı

Qorxu

Yorğunluq

Tənhalıq

valideyn

Elə uşaqlar da var ki, dayana bilmədikləri üçün ağlayırlar. Yəni, onlar bir haldan digər vəziyyətə keçməkdə çətinlik çəkirlər. Ağlamaq səbəbləri arasında nevroloji özəlliklər də az deyil. Bunun diaqnozunu isə yalnız həkim-nevroloq qoya bilər.

Uşaq ağlayırsa, tez maraqlanmaq və narahatçılığını aradan götürmək lazımdır. Əgər qışqırıq və ağlamağı səngimirsə, təcili həkimə aparmaq lazımdır. Ümumiyyətlə, ağlayan uşağı tək qoymaq olmaz. Qucağa alınanda özünü təhlükəsizlikdə hiss edib sakitləşər.

Tək ağlamağa buraxılan uşaqlarda bu mənfi cəhətlər yaranır:

Passivlik

Özü haqda aşağı qiymətləndirmə

Güvənsizlik

Qayğı göstəriləndə isə əksi müşahidə olunur. 

Bir yaşına qədər uşaqların göz yaşı onu narahat edən nə haqdasa siqnaldır. Bu yaş kateqoriyasındakı uşaqlar səbəbsiz qışqırmırlar. 

3 yaşın böhranı

Bu yaşdakı krizis uşağın psixikası ilə bağlıdır. Bu, uşaqlara özbaşına olmaq, öz gücünü yoxlamağa və öz arzularını duymağa kömək edir. Lakin uşaqların düzgün davranış qabiliyyəti olmadığı üçün dözülməz ola bilir. Buna görə də isterikalar yaranır. Hisslərini düzgün ifadə edə bilməmək onları qışqırmağa və hirslənməyə məcbur edir.

valideyn

Bu onun şəraitə etiraz formasıdır. Yatağa məcbur uzadılanda, yaxud oyun otağına zorla oturulanda öz maraqlarını qorumaq üçün qışqırmalı olurlar. 

Onları hirslənməyə məcbur edən isə gücsüzlükləridir. Bir şey ki, balaca nə öz düyməsini bağlaya, oyuncağını götürə, qapını aça bilir. Mən hələ qucağa götürüləndəki çarəsizliklərini demirəm.

Onu da deyək ki, 3 yaş krizisi uşaqlarda müxtəlif formalarda olur. Bəziləri çox inadkar olur, müəyyən qismi isə ara-sıra özünün sərbəstliyini göstərməyə çalışır.

Uşaqların göz yaşının qarşısını almaq, qışqırtılarını azaltmaq üçün qadağaları azaltmaq lazımdır. Sırf onun öz təhlükəsizliyi naminə nələrisə qadağan etmək olar. Səbrli olmaq lazımdır. İsterikaya səbəb olan tələbi qüvvədə saxlamaq lazımdır.

Yoxsa uşaq ərköyünləşər. Amma ağlayaraq yerdə dığırlananda onu hədələməyin də mənası yoxdur.

Bu situasiyanı sadəcə gözləmək lazımdır. Uşağın təhqirlərinə cavab vermək, əlini göstərib vurmaqla qorxutmaq olmaz. Ən yaxşısı uşağınızı qoltuğunuza vurub daha insanlı yerə aparmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir