sevgi

4 fəsillik sevgi notları

Baxış sayı: 638

Sevgi ilahinin bizə bəxş elədiyi gözəl bir hadisədir. Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. Sevginin də özünə görə gözəl və çətin tərəfləri var. Mələklər bunu ilahi zövq, şeytanlar isə cəhənnəm əzabı, insanlar isə bu hissi sevgi adlandırırlar. Əsl məhəbbət xəyala bənzəyir, hamı onun haqqında danışsa belə, o, gözəgörünməz olur. Demək olar ki, bu hiss hər fəsil yaşayır və daha da güclənir. Hər bir sevən şəxs müəyyən mərhələlərdən və sınaqlardan keçərək sevdiyinə qovuşur. Ona qovuşmaq da nəyə desən dəyər. Həm gözəlliyi, həm də çətinliyi var sevginin. Elə məqaləni də yazdıqca çalışacağam ki, sizlərə bütün 4 fəsillik sevgini azacıq da olsa, ifadə edim.

Necə ki, dünyamızda 4 fəsil var, bu, sevgi hekayəsi üçün də keçərlidir. Hər fəsildə bunu yaşamağın öz zövqü var. Qar yağanda qar topu oynayaraq, yazda təbiətin oyanması ilə qədəmlərini qoyan Novruzun gəlişi, yayda təmiz havada dəniz kənarına gedib seyr etməklə, payızda isə yağışın yağmasıyla sevgini daha da maraqlı və əvəzolunmaz etmək olar. Hər fəsildə bir ayrı gözəlliyi olur bu hissin. Müxtəlif səyahətlərə çıxmaqla da taclandırmaq olar.

Zaman ötdükcə daha da bağlanırsan sevdiyinə. Bir çox çətinlikləri sevdiyinlə birgə vaxt keçirərək keçməlisən. Gənclərə məsləhətim budur ki, sevdiyinizin əlindən əlinizi heç zaman buraxmayın, bacardıqca bir-birinizə dəstək olun. Çünki zamanla müəyyən sıxıntılardan da keçməyi öyrənirsən. Əsas çalışın, daim mərtəbələri bir yerdə qalxasız. Əlinizə düşən fürsətdə gözəl havada gəzişərək gözəl vaxt keçirin.

Sevginin ilk anlarında adama elə gəlir ki, sanki dünya bir dəqiqəlik sükut halındadır. İlk öncə bu duyğunu yaşadıqda sanki özülündə kələbəklər uçuşur. Beləliklə, sevginin nə qədər qərib və gözəl əbədi hiss olduğunun şahidi olursan. Gözlərinin içi parıldayır, əlin və ayağın bir anlıq sevdiyini gördükdə tutulur. Kəlmələr sığışmır bunu ifadə etməyə.

İndi isə keçək sevginin həm gözəl, həm də çətin mərhələlərinə. Qədim zamanlarda Əsli və Kərəm, Fərhad və Şirin, Leyli və Məcnun kimi personajlarımız çətinliklərdən keçərək ölüm bahasına olsa belə, gözlərini qırpmadan bu hissi yaşadılar. İndi də həmçinin, bu hadisələr təkrarlanır və sevdiyin uğruna canından belə keçməyə hazırsan. Sevginin öz qalxanları olur.

Çox zaman da hıçqırıq və göz yaşlari içində sevgini qəlbində yaşayırsan və həmin adama bildirməkdən ehtiyat edirsən. İztirablı sevgilər də çox acı şəkildə birtərəfli olur. Bəzi sevgilər var ki, o, səninlə məzar daşına qədər getməlidir. Bu halda da sadəcə səbr etməkdən başqa heç bir çarən qalmır. Göz yaşları çəksəz belə, çalışın hər söz-söhbətdə sevdiyinizin əlini buraxmayasınız. Qəlb qırmaqdansa, çalışın o qırdığınız qəlbi əzizləyin. Birini sevməsəz belə, onu incitmədən sadə şəkildə anladasız ki, qarşı tərəf də bunu anlamış olsun.

Gözlər sevgidə çox önəmli bir faktdır. Sevdiyinə baxdıqda gözlərin gülür, qəlbin də necə döyünürsə, fərqində belə olmursan. Çox zaman sevdiyinin baxışlarına vurulursan. Nə su içməyə, nə də çörək yeməyə vaxt belə tapa bilirsən. İlk öncə qarşındakının ac və ya tox olmasıyla maraqlanırsan. Sevgini yaşadıqda insan ən çox qarşı tərəflə maraqlanır və özündən çox onu düşünmüş olur. Telefondan bir dəqiqə keçinmək belə istəmir. Vaxtın da necə keçdiyini danışdıqca hiss etmirsən. Saatlarca söhbətləşmək və vaxtın donmasını istəyirsən.

Dəqiqələr və saatlar ötdükcə ona qovuşmağı da çox istəyirsən. Yəni bu, o qədər çox gözəl duyğudur ki, sətirlərə yerləşdirmək mümkün deyil. Qəribədir ki, həm uzunömürlu, həm də qısa sürmüş sevgilər var. Gözəl həmçinin, duyğunu yaşayıb havalarda uçmaqdır.

Bir çox hekayələrdə “varlı və kasıb” problemləri ortaya çıxmış olur. Bu məsələ bir çox ailədə narahatlıq yaradır. Bu halda isə zərər sevənlərə dəyir, onlar çox məyus olurlar. Lakin belə hallarda övladlarınıza dəstək çıxmağınız məsləhət görülür. Varlı bir oğlana gedib sevməyərək yaşamaqdansa, kasıba gedib duz-çörək kəsmək məsləhətdir. Tezliklə bu kimi halların ortadan çıxacağına ümid edirəm.

“Hər bir gözəlin bir eybi var” deyiblər. Sevgini gözəlləşdirən şey gülərüzlülükdür. Bu, çox önəmlidir. Çünki əməlisaleh olmaq həyatda çox önəmlidir. Bu işdə səbr də önəmlidir. Ona qovuşmaq üçün çox mücadilə etməlisən. Allah sevənlərə daim yol açır və onlara sevgilərin yoxlamaq üçün muəyyən sınaqlar verir. Sevgi də imtahan kimidir. Cavabını bilmədiyin suallar qarşısında çətinlik çəkirsən. Saf məhəbbətlə sevdiyin birini hər bəladan qorumaq və ona dayaq olmaq istəyirsən.

Çox vaxt da sevginin çətinliklərindən keçərək sevdiyinə qovuşma anı gəlir. Sevdiyin şəxslə ailə həyatı quranda dünyanın ən xoşbəxti olursan. Bu gözəl gündə isə ailəni və sevdiklərini yanında görmək isə çox xoş olur adama. Sevdiyin şəxslə evliliksə hər bir gəncin ən çox istədiyi arzudur. Necə ki, göydə ulduzlar parıldayır, eləcə də sən həmin gün yoldaşınla birgə o günün baş qəhrəmanı olursan. Bu gözəl gün keçdikdən sonra ona hazırlayacağın hər yemək həvəslə və sevgiylə hazırlanmış olur. Həyatını birləşdirdiyin şəxsin ana və atası isə öz anan və atan kimi olur. Onlara hörmətlə yanaşmaq isə sənin borcun olur. Ailənin təməli isə həm də səbrdir.

Bir çox sevən qızlarımız və gəlinlərimiz əsgər yolu gözləyərək vaxtın necə keçdiyini bilmirlər heç. Fikirləri ancaq sevdiklərinin yanında qalır. 2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsində necə igid oğullarımız canları bahasına Vətən uğrunda döyüşdülər, şəhid oldular. Geri dönə bilməyən əsgərlərimiz isə hamımızın ağır itkisi oldu. Bir çox gəlin-qızlarımız dul qaldılar. Amma analarımız-gəlinlərimiz ürəklərinə dağ basaraq bu acıya çox çətində olsa, dözməyə çalışırlar. Bu, təkcə onların deyil, hamımızın acısı oldu. Hər birimiz geri qayıdan qazilərin gəlişinə sevinsək də, ölən igidlərimizin gəlməməsinə bir o qədər göz yaşları tökdük. Şəhidlərimizin ruhu şad olsun. Analarımıza və gəlinlərimizə başsağlığı verərək Allahdan səbr diləyirəm…

“Yaşın nə fərqi var ki, sevirəm səni”. Düz deyiblər. İndiki dövrdə əsas pak sevgidir. Birini sevdikdən sonra yaşın nə əhəmiyyəti var?! Önəmli olan sevmək, hörmət etməkdir. Onunla sonacan bir yolda yürüməyə söz verməkdir. Hörmət olduqdan sonra sevginin ömrü də uzun olmuş olar. İnamla gələcəyə doğru irəliləmək və gələcəyinə bunu taclandırmaq zəruridir. Hər yaşda sevməyin bir başqa zövqu var. Həmişə sevin və sevilin…

Məqaləmin sonunda isə bunları əlavə etmək istərdim. Daima həyatda sevgiyə önəm verin, bu yolda bir çox mübarizələr edərək yarınıza qovuşun. Allah hər kəsi sevdiyi şəxslə qovuşdursun.

 

Fidan ƏLİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir