aynisan quliyeva

2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR

Baxış sayı: 687

Artıq 2 ilə yaxındır koronavirus pandemiyası dünyanı cənginə alıb. Pandemiya zamanı çox hadisələr baş verib. Bəziləri evlənib, bəziləri isə boşanıb. Onların arasında tanınmış simalar da yer alıblar.

Beləliklə, 2021-ci ildə boşanan məşhur cütlükləri təqdim edirik.

 

1. Bill Qeyts və Melinda Qeyts 

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts həyat yoldaşı Melinda ilə 27 illik evlilikdən sonra bu ilin may ayında boşanıblar. Cütlüyün bu evlilikdən Cennifer, Fibi və Rori adlı 3 evladı var.


2. Ebru Gündeş ve Rza Zərrab

11 illik evliliklərini qalmaqallı bitirən cütlük bu il rəsmi olaraq boşanıb. Cütlüyün 10 yaşında Alara adlı bir qızı var.


3. Necati Şaşmaz və Nagihan Kaşıkçı 

2012-ci ildə ailə həyatı quran cütlük evliliklərini həmişə gözdən uzaq yaşayıblar. Buna baxmayaraq, onlar qəfil bir qərar ilə boşanıblar. 2.5 il davam edən boşanma prosesi, nəhayət 2021-ci ildə başa çatıb. Cütlüyün Ali Nadir Şaşmaz və Yusuf Emir Şaşmaz adlı 2 oğlu var.

4. Conni Depp və Ember Herd 

Aktyorlar 2015-ci ilin fevral ayında evlənib və 15 aydan sonra Herd ərini məişət zorakılığında günahlandırıb. Daha sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Onlar bu il rəsmi olaraq boşanıblar.


5. Sıla Gəncoğlu və Hazer Amani

Ötən il münasibətə başlayan ikili qısa zamanda nikah masasına oturmuşdu. Hətta sadə bir toy mərasimi ilə evlənən cütlük ani bir qərarla 1 ildən sonra boşanıb.

7. Nur Fettahoğlu və Levent Vəziroğlu

8 il əvvəl evlənən cütlük 2015-ci ildə boşanmaq üçün məhkəmətə müraciət etsə də, sonra barışmağı qərara alıblar. Problemlərini həll edə bilməyən ikili bu il evliliklərini bitiriblər.

8. Merve Dizdar və Gürhan Altundasar

İyun ayında sürpriz bir qərarla 3 illik evliliklərini bitirən cütlük hələ də dostluqlarını davam etdirir. Hətta şəxsi “Instagram” hesablarında belə birlikdə çəkdirdiklərini şəkilləri silməyiblər.

2021-ci ildə boşanan və ayrılanlar arasında bizim məşhurlar da var. Bunlardan biri “Fəlakət” obrazı ilə tanıdığımız Elşən Orucovdur.

Elşən Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Cütlük bu il boşanıb. Onların bu nikahdan bir qız övladları var.

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevdən rəsmi olaraq bu il boşanıb. Cütlüyün fevralın 1-də təmtaraqlı toy mərasimi baş tutmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir