askarid qurdu

Qarnınızda askarid qurdu olmasının əlamətləri

Baxış sayı: 586

Askarid iri soxulcan tipli, quyruqlu parazit növüdür. Daşıyıcısı insan özüdür. Askarid yalnız insan orqanizmində çoxalır, yetişir.

Qurdun yumurtası həzm sistemi ilə orqanizmə düşür, fermentlərin təsirindən qabığını itirir və bütün orqanlara: qaraciyər, ürək, ağciyərlərə yayılır. Daha sonra sürvələr ağıza gəlir, ordan tüpürcək, ağız suyu və qida çeynəyərkən mədə-bağırsağa düşür. Uzunluğu 25 sm-ə kimi çata bilər.

Yumurtaları adi gözlə görünür. Bir dişi qurdda 27 milyon yumurta olur. Sutkada 240min yumurta qoyur. Dünyada 1,2 milyard insan bu qurdun daşıyıcısıdır. Daha çox yayda tərəvəz, meyvə, göyərti, giləmeyvə və torpaqdan keçir.

Əllərə düşdükdə sabunla diqqətli yuduqda yumurtaları asanlıqla təmizlənir. Eləcə də tərəvəz, meyvə, göyərti təmiz yuyulmalı, sirkəli suda saxlanmalı, 50 dərəcədən yuxarı istilikdə hazırlanmalıdır.

Qan dövranı ilə yumurta və sürvələr bir çox orqan, toxumalara, venalara, damarlara oturur. Bir askaridin ömrü 1 ildir. Sonra o ölür və bağırsaqla xaric olur.

Yumurtalar daha çox kənd, bağ yerlərində, tualetdə, torpaqda olur.

Beləliklə, insanda askaridin olmasının əlamətlərini təqdim edirik.

Həm uşaqlarda, həm böyük yaşlı insanlarda rast gəlinən askarid yoluxmanın və yayılmanın əhatəsi, vaxtı, dərəcəsindən asılı olaraq erkən və kəskin olur.

Erkən mərhələ yüngül keçir, ciddi əlamət olmur.

-Baş ağrıları

-Ümumi zəflik, yorğunluq

-Hərarətin qalxıb-enməsi

-Dəridə qaşınma, səpki, qızartı, yanma

-Öskürək, bəlğəm

-Təngnəfəslik, sinədə ağrı

-USM -də qaraciyər, dalaq, limfaların ölçüsünün böyüməsi müşahidə olunur

-Sürvələrin ağciyərlərə miqrasiyası bronxit, pnevmoniya, ürək-damar patologiyaları verə bilər

-Uşaqlarda, böyüklərdə bağırsaq dispepsiyası, diareya, qəbizlik, tez-tez nəcis, enterit

-Qarında, göbək nahiyəsində, anusda ağrı, qaşınma, yanma, barmaqları basarkən bəzi yerlərdə ağrı

-İştahsızlıq, hər qidanı qəbul edə bilməmək

-Ürəkbulanma, ağızdan su axma

-Süd məhsullarını həzm edə bilməmək

-Əsəb sistemi tərəfindən nevrotik sindrom, əsəbilik, dağınıqlıq, diqqət yayğınlığı, tez əsəbləşmək, küsmək, ağlamaq, həyəcan, yuxu pozulması, yuxuda qorxma, yuxuda hərəkətlər

-Askaridi olan uşağın immun sistemi zəifləyir, o, tez-tez xəstələnir, qrip olur, infeksiyalara yoluxur, ağzının içi yara olur

Diaqnoz üçün parazitoloq və ya pediart, terapevtə müraciət edib qan, nəcis analizi, yaxma, eləcə də USM olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir