urek

Ürək xəstəliyi riskini azaltmağın 5 yolu

Baxış sayı: 544

Ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmaq üçün nə etmək lazımdır?

Böyük Britaniyadan olan terapevt Rihanna MakKlimont bununla bağlı bir neçə məsləhətini paylaşıb.

Orqanizmdə iki növ xolesterol var: “yaxşı” və “pis”.  Sonuncu qan damarlarının divarlarına yapışır və qan tədarükünü pozan lövhələr əmələ gətirir.

Belə problemlərin qarşısını almaq üçün aşağıdakı 5 məsləhətə əməl etmək tövsiyə olunur:

• doymuş yağ istehlakını azaltmaq,

• daha çox sellüloz (təbiətdə ən geniş yayılmış maddədir – red.) yeyin,

• siqaret çəkməyi tərgidin,

• emal məhsullarından istifadədən çəkinin,

• daha tez-tez idmanla məşğul olun.

Mütəxəssisin fikrincə, tərkibində doymuş yağ olan qidalardan uzaq durmaq ürək xəstəliyi riskini 17 faiz, doymamış yağlara (məsələn, günəbaxan və zeytun) keçmək və istehlak edilən yağın ümumi miqdarını azaltmaqla onu 30 faizə qədər azalda bilərsiniz.

Mütəxəssis həmçinin qeyd edib ki, meyvə və kənd təsərrüfatı məhsullarındakı gün ərzində həll olunan sellülozun 3 qramı ürək xəstəliklərinin profilaktikasına kömək edəcək.

Siqareti tərgitmək, emal edilmiş qidalardan imtina etmək və idman etmək də ürək xəstəliyi riskini azaltmaq üçün çox vacib amillərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir