zorakiliq

Azərbaycanlı kişiləri xanımları niyə döyürlər? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 633

“Qadına şiddət” mövzusu müasir dövrün ən aktual problemlərindən biridir. 2018-ci ildə aparılan təhlil göstərdi ki, dünyada qadınların təxminən hər 3-də 1-i və ya 30 faizi zorakılığın müxtəlif növlərinə məruz qalıb. Bu səbəbdən dünyanın hər yerində qadına qarşı zorakılığa “dur” demək üçün müxtəlif qanunlar qəbul olunur. Bu mövzuda xüsusi təbliğatlar aparılır. İnsanlar müəyyən adlar altında təşkilatlanıb, qadın haqq və hüquqlarını müdafiə edirlər. Son zamanlarda isə diqqətçəkən digər bir məqam ölkəmiz də daxil olmaqla, dünyada kişilərin şiddətə məruz qalmasıdır.

Azərbaycanda son 9 ayda 81 kişi zorakılığa məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Dövlət Komitəsinin 860 qaynar xəttinə isə 369 müraciət olub: “Bunların arasında kişilər də var”.

doyulen kisi

Mövzu ilə əlaqədar fikirlərini bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu zorakılıq tətbiq edən qadınlara münasibətdən danışdı:

“Qadınlara qarşı zorakılıq hallarında kişilərə necə münasibət bəslənilirdisə, bu dəfə də zorakğlığı tətbiq edən qadınlara qarşı münasibət elə olacaq. Zorakılıq nəinki, kişiyə və qadına, ümumiyyətlə, insana qarşı olmamalıdır”.

aile

Psixoloq Mədinə Rəsulova bu kimi zorakılıq hallarının yaranma səbəblərini qeyd etdi:

“Zorakılıq hər hansısa münaqişə səbəbindən yaranır. Bunun şiddətə gətirib çıxması isə qadında psixi problemlərin olduğunu göstərir. Birinci növbədə onu qeyd edim ki, qadınların keçirdiyi bəzi xüsusi hallar var ki, kişilər bunları yaşamır. Məsələn, qadınlar hamiləlik dövründə yaşanan  probləmlərə qarşı daha emosional olub,  aqressiv reaksiya göstərə bilərlər.

İqtisadi problemlər də ailədə gərginliyi artırır. Digər bir səbəb isə analıq instiktidir. Onlarda övladlarını qoruma instinki daha güclü olur. Bunun öhdəsindən gələ bilmədikdə və ya qorxuya qapıldıqda aqressiyaya yol aça bilir.  Əsas səbəblərdən biri də nevrozdur. Nevroz daha çox qadının basdırılmış duyğuları, hissləri və cinsi həyatı ilə bağlı olur”.

aile

Psixoloq ailə olaraq əməl etməli olduğumuz nəsnələri də sadaladı:

“Əgər biz uşağa sinirləndiyi zaman etməli olduğu alternativləri göstərə bilmiriksə, həmin uşaq ailə qurduqda sonra aqressiyası ilə baş edə bilməyəcək. İstər kişilərdə, istər qadınlarda bu şiddət hallarının yaranmasına gətirib çıxaracaq. Bu kimi məsələləri insanlar ailə qurmadan öncə öyrənməlidirlər. Çünki ailə qurduqdan sonra onlar bir neçə şəxsin məsuliyyətini öz üzərinə götürməli olacaqlar”.

 

Çimnaz ŞAHLAR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir