Gözəl saçlar qadının yaraşığı, təbiətin bizə verdiyi sərvətdir. Lakin gözəl saçlarla iş bitmir, həm də saç kəsimi böyük rol oynayır. Ona görə də saçı kəsdirərkən sifət formasına uyğunluğa diqqət edilməlidir. Demək ilk olaraq biz sifət formamızı təyin etməliyik, bundan sonra artıq hansı kəsimlər bizə uyğun olduğunu deyə bilərik. Hər il yeni dəblərin ortaya çıxması bəzən işimizi çətinləşdirir.
Bu il isə trend olan saç kəsimlərinin başında əsasən “Bob” saç modeli yer tutur. Bu model demək olar ki, bütün üz formalarına uyğun gəlir. Bu saç cavan, sərt və iddialı görünmək istəyən qadınlar üçün əvəzolunmazdır.
Beləliklə, 2022-ci ilin ən dəbli “Bob” saç kəsimlərini sizə təqdim edirik: