toy

Dünya ölkələrinin qəribə toy adətləri

Baxış sayı: 1. 125

Ölkəmizdə toy adətləri çox qədim olsa da, son dövrlərdə bir sıra yeniliklər nəzərə çarpır.  Toylarımızla bağlı yeniliklər cəmiyyətin müəyyən hissəsi tərəfindən normal qarşılansa da, heç də hamı bu yenilikləri qəbul etmir. Bəs dünya ölkələrində bu adətlər necədir? Bizə qəribə gələn, heyrətimizə səbəb olan, içimizdə gülüş doğuran nələrsə varmı? Gəlin baxaq.

 

İngiltərə

İngiltərədə nikah mərasimindən əvvəl bəyin dostları onun gözlərini bağlayaraq şəhər kənarında bir yerə aparıb orada qoyurlar. O isə bəy geyimində və pulu olmadan nikahın baş tutacağı kilsəyə vaxtında gedib çıxa bilməlidir.

 

Polşa

Gəlinlər pul qarşılığında rəqs etməlidir.

 

İsrail

Toy mərasimində arasında şüşə qırıqları olan parça üzərindən keçmək lazımdır. Şüşələrin qırılması isə xoşbəxtliyə və kədərə işarədir.

 

Mavritaniya

Gəlinin arıq olması xəstəlik və eybəcərlik sayılır. Qızlar uşaqlıq dövründən başlayaraq yağlı yeməklərlə bəslənib, çəkilərini sürətlə artırırlar. Toydan öncə gələcək gəlinlər kökəlmək üçün xüsusi fermalara göndərilib, yağlı xörəklər, buğda unundan hazırlanmış təamlar və dəvə südü ilə bəslənirlər.

 

İsveç

Gəlini və bəyi öpmək üçün sıraya düzülürlər. Gəlin dözməyib qaçarsa, qızlar bəyi öpür. Bəy aradan çıxarsa, kişilər gəlini növbəylə öpür.

 

Borneo

Borneo adasında bəy və gəlinin üzərinə böyük əziyyət düşür. Onlara üç gün ərzinə ayaqyoluna gedib, təbii ehtiyaclarını ödəmək qadağası qoyulur. Əgər tərəflərdən biri bu qaydanı pozarsa, gələcək ailə həyatı möhkəm olmayacaq. Bu, həm də ailədə sonsuzluğa səbəb ola bilər. Gələcək ailənin işini bir az yüngülləşdirmək məqsədilə üç gün ərzində onlara yemək və su verilmir.

 

Şotlandiya

Toy günü gəlini ağaca bağlayırlar. Toya gələnlər ailə həyatının məşəqqətini onun üzərinə zir-zibil və laxlamış yumurta atmaqla nümayiş etdirirlər.

 

Bali

Bu adada hamilə qamayan qızla heç kim evlənmək istəmir. Oğlanların valideynləri düşünürlər ki, toyadək hamilə qalmayan qızın sonsuz olma ehtimalı böyükdür və nəsillərini davam etdirə bilməyəcək. Bundan əlavə, Balidə evlənən cütlüklərin hər ikisinin dişləri keyidici olmadan, iti alətlə kəsilir. Bu prosesi həyata keçirmədən gənclərin nikahını heç kim kəsmir.

 

Kamboca

Kambocanın kreunq qəbiləsində hər bir ata böyüyən qızı üçün daxma tikir. Qızlar bəyəndikləri oğlanları buraya dəvət edib, intim münasibətdə olur, ailə qurmaq istəyib-istəmədiyinə qərar verir. Qız qərarını dəqiqləşdirməyənədək, daxmasından keçən oğlanların sayını-hesabını itirə də bilər. Yalnız hamilə olduğu təqdirdə, ən son görüşdüyü məşuquna ərə gedir.

 

Pakistan

Bəy gəlinin ailəsi tərəfindən təhqir edilir. Bəy bunlara soyuqqanlı dözürsə, qız evinin cavabı müsbət olur.

 

Hindistan

Hindistanın bir sıra bölgəsində heyvanlara ərə getmək adəti var. İnanclara görə, əgər qızın ən az bir dişi vertikal yox, horizontal şəkildə bitirsə, o, pələnglərin yeminə çevriləcək. Odur ki, gənc qızları bu bəxtsizlikdən qorumaq üçün heyvanla evləndirirlər. Xoşbəxtlikdən bu evlilik rəsmi xarakter daşıyır. Bundan sonra gəlinlər əsl kişi ilə ailə qura bilərlər.

 

Vikinqlər

Gəlin namizədlər pulla alınırdı. Yəni, bəy gəlinin atası ilə danışıq aparır və gəlini pulla özünə arvad edir. Buna oxşar bizdə də adət olub: başlıq pulu vermək.

 

Tayvan

Gəlinin bakirəliyini bəyin dostları və ya yaxınlarından biri pozur. Səbəb: bəy belə cansıxıcı işlə zaman itirməsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir