METBEX

Mətbəx mebeli seçimində nələrə diqqət etməli? – “EVİN İŞİ”

Baxış sayı: 676

Gözəl mətbəxdə yemək bişirmək həmişə daha yaxşı nəticələr verir. Bura bütün insanlar üçün evin ən vacib sahələrindən biridir. Rahat bir mətbəx, dadlı yeməklər ilə birlikdə daha xoş bir ev mühiti üçün zəmin yaradır. Bu səbəbdən yemək bişirməyi sevən hər kəs arzuladıqları – onları xoşbəxt edəcək mətbəx mebelinə sahib olmaq istəyirlər.

Beləliklə, “EVİN İŞİ rubrikasında sizə mətbəx mebeli seçimində nələrə diqqət etməli olduğumuzu təqdim edirik: 

 

Dizayn

Mətbəx mebeli ümumi interyerin tərzini ifadə edən və tamamlayan ən vacib elementlərdən biridir. Bu səbəbdən evimizin ümumi üslubuna diqqət yetirərək necə dizaynda mətbəx istədiyimizə qərar verməliyik.
Otağın hansı tərzdə olacağını müəyyənləşdirdikdən sonra, yəni dizayna başlamazdan əvvəl  modellər, rənglər və materiallar seçimində bir mütəxəssislə məsləhətləşmək sizə  daha düzgün qərar verməkdə kömək edəcək. Yox, əgər zövqünüzə güvənirsinizsə özünüz də seçim edə bilərsiniz.

Rahatlıq və funksionallıq

Hazırda mətbəx gün ərzində ailəmizlə zaman keçirdiyimiz, yeməklər bişirib, təmizlik etdiyimiz sahədir. Balaca və ya böyük olmasından asılı olmayaraq, mətbəximizin əsasən  əlverişli, rahat  və funksional olmasını istəyirik. Mətbəxin rahat olması onun planlamasından və mətbəx mebellərinin funksionallığından asılıdır.

Mətbəxin rahat olması sizin orada keçirdiyiniz zamanı da dəyərli edəcəkdir. Mətbəx mebeli rahat, funksional və uzun ömürlü olmalıdır. Düzgün seçilməyən mətbəx mebeli həm mətbəxdə iş görməyi çətinləşdirir, həm də narahatlıq yaradır. Buna görə də mütləq seçim edərkən hər bir detalı nəzərə almaq lazımdır.

Keyfiyyət

Mətbəx mənzilin digər otaqlarından tamamilə fərqlənir. Belə ki, mebel alarkən onun suya, buxara, zərbəyə, yüksək temperatura davamlı olmağı və bununla yanaşı, gözə xitab etməyi çox vacibdir. Bu səbəbdən də mətbəx mebellərinin keyfiyyətli və uzun illər istifadə oluna bilməsi, hər bir ev sakini üçün son dərəcə vacibdir.

Mebelləri hazırlatmadan öncə onun materialına mütləq diqqət etməlisiniz. Dolabların özünü və onların qapaqlarını müxtəlif materiallardan hazırlamaq mümkündür. Mebellərin davamlılığı mütləq vacibdir. Çünki onlar tez-tez dəyişdirilən məhsullar deyil. Onların yenilənməsi həm maddi cəhətdən çətindir, həm də çox vaxt tələb edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir