Sizi daha dəbli görsədəcək aksessuarlardan biri də şallardır. Şallar son 10 ildə dəbdə olmuş kimi görünsələr də, əslində çox köhnə zamanlardan bəri istifadə edilir. Həm soyuqdan qorunmaq üçün, həm də geyimlərimizə gözəllik qatmaq üçün istifadə edilən bu aksessuarlar bir dövr dəbdə olmaqdan çıxsa da, təkrar həyatımıza döndü.
Beləliklə, sizə şalın necə istifadə olunmasına dair bir sıra məsləhətləri təqdim edirik:
Rəngarəng, yüngül şalları boynunuza bükmək əvəzinə, onları yaxın tonlarda nazik paltarlarla və ya zərif bir kəmərlə kombinləyə bilərsiniz.
Böyük şallar geyiminizin modelini bir anda dəyişə bilən aksessuarlardır. Boş və tökülən şalları mini gödəkçələrlə geyinmək daha dəbli görünməyinizi təmin edəcəkdir.
Kiçik şallar yerinə açıq tonlarda yumşaq teksturalı şalları seçməyiniz daha məsləhətdir. Həmçinin, belə şalları sərin havalarda nazik paltarlarla geyinərək üşüməkdən qaça bilərsiniz.
Qalın, damalı şalları bir növ palto kimi də düşünə bilərsiniz. Onlar kiçik, nazik kəmərlərlə heyrətamiz görünəcəklər.
Fərqli rənglərdə bir şal istifadə edəcəksinizsə və idman zərifliyinə sahib olmaq istəyirsinizsə, şalın əks rənglərindən istifadə edə bilərsiniz.
Əgər tünd rənglərdə şal istifadə edirsinizsə və idman stilindən geyinirsinizsə, o zaman paltarlarınızı ona zidd rənglərdə seçməlisiniz.
Naxışlı şallar və düz paltarlar bir-birini həmişə tamamlayır. Mini donlar ilə onları kombinləməklə yay axşamlarını üşümədən keçirin.
Böyük bir şal möhtəşəm bir paltara çevrilə bilər. Sadə bir düyün bağlayaraq özünüz şala forma verə bilərsiniz. Rahat olmaq ən vacib şeydir.