bustqalter

Hər qadının dolabında bu paltar modelləri mütləq olmalıdır

Baxış sayı: 676

Hər qadının dolabında bu büstqalter modellərindən mütləq olmalıdır. Bədən tipinizə görə büstqalter  seçməzdən əvvəl növlərini və hansı geyimlə geyilə biləcəyinizi bilməkdə fayda var.

Qadınlar üçün alt geyim xüsusən əhəmiyyətlidir. Geyindiyiniz paltarın gözəl görünməsi üçün vacib olan əsas nüanslardan biri də büstqalterlərdir.  Hansı paltar ilə hansı büstqalterin daha uyğun olduğunu bilmək geyimlərinizə və görünüşünüzə gözəllik qatacaq.

Beləliklə, xanımlar üçün büstqalterlərin növündən və hansı geyim ilə geyinilməsi uyğun olduğundan bəhs edəcəyik.

 

Straplez

Bu  modellərə xüsusilə yayda  müraciət edirlər.  İpli, ya da ipsiz paltarlar geymək istədiyinizdə büstqalterin iplərinin  görünməsi elə də yaxşı hal sayılmır.  Ona görə də açıq-saçıq paltar geyərkən bu modellərdən istifadə etmək lazımdır.

 

Dolqulu

Dolqulu büstqalteri  ümumiyyətlə kiçik sinəsi olan  qadınlar daha çox sevir. Sinələrin daha böyük görünməsini təmin etmək üçün xüsusi dizaynda hazırlanıb. Bu modellər sinəsi kiçik olan  qadınların dolabında mütləq olmalıdır.

 

Push – up

Bu modellərin xüsusiyyəti isə sinələri bir az daha yuxarıya qaldırmasıdır.

Bu səbəbdən daha dik bir sinə görünüşü əldə etmək istədiyinizdə seçiminizi bu dizaynlı alt geyimlərlə edə bilərsiniz.  Tikişsiz dizaynı olan parçalar isə ən incə paltarların altında belə inamla  istifadə edilə bilər və iz buraxmaz.

 

Toparlayıcı (minimizer)

Təxmin etdiyiniz kimi toparlayır, yığcam görsədir, sinəsi sallaq, böyük olan qadınlar daha çox istifadə edir.

Slim fit  dar köynəklər istifadə edəcəyiniz zaman bu büstqalterlərə ehtiyacınız olacaq. Bu səbəblə şkafınızda bir neçə ədəd də olsa toparlayıcı alt geyiminiz olmalıdır.

 

Tişört – Köynək

Büstqalter növləri arasında şübhəsiz ən çox seçilənlərdən biri də tişört modelləridir.

İncə parçalardan tikilmiş  köynəklərlə   birlikdə istifadə üçün hazırlanan bu modellər ümumiyyətlə sadə və düz bir görünüşə sahib olmağınıza kömək edir.  Xüsusiyyəti isə köynək altında iz buraxmır və qüsursuz görsədir.

 

Silikon

Silikon materialdan hazırlanan bu büstqalterlər  isə sinələrə yüngülcə yapışır və sürüşmədən uzun müddət istifadə edilə bilir.

Kürəyi açıq paltarlar seçdiyinizdə büstqalterin kürək nahiyənizdə  görünməsini önləmək üçün bu modellərə böyük ehtiyac var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir