Ulduzların bəmbəyaz dişləri kimi ağ dişlər istəyirsiniz? Hollivud təbəssümü əldə etmək üçün heç də bahalı prosedurlardan keçmək lazım deyil. Bunun üçün ev şəraitində asan yollar da var.
Ev şəraitində dişləri ağartmağın 5 yolunu təqdim edirik.
Banan qabığı. Banan qabığı kalium, maqnezium, manal kimi minerallarla zəngindir. Bu minerallar diş minası tərəfindən sorulur və ağardıcı təsir göstərir. Dişlərinizi fırçaladıqdan sonra banan qabığı ilə sürtün, 2 dəqiqə gözləyib yaxalayın.
Tibbi kömür. Nyu-Cersili həkim bu kömürün inanılmaz effektiv təsirə malik olduğunu deyir. Az miqdarda kömürü su ilə qarışdırıb fırça ilə dişlərinizə sürtün. Ağzınızdan karbon tamamilə təmizənə kimi yaxalayın. Əsla udmaq olmaz.
Çiyələk məcunu. Çiyələyin tərkibindəki asitlər qəhvə, çay, şərab ləkələri ilə mübarizədə əvəzsizdir: 2 çiyələyi əzin və tibbi kömürlə qarışdırın. 5-7 dəqiqə dişlərinizi fırçalayın. Hər gün istifadə edilməsi məsləhət deyil.
Alma sirkəsi ilə qarqara. 3 qaşıq suya 1 qaşıq sirkə qatıb, bu məhlulla gündə bir dəfə qarqara edin.
Ozonlaşdırılmış su və soda. Sodanı suda qatı kütlə alınana qədər qarışdırın. Məhlulu fırçanın üzərinə qoyun və adi diş məcunu kimi dişlərinizi sürtün. 3-5 gün istifadədən sonra 6 aylıq fasilə verin. Əks halda, aşındırıcı təsirə malik soda dişlərinizin mina qatına zərər verər.