guzgu

Özünüzü sevirsinizmi?

Baxış sayı: 652

İnsanın özünü sevməsi şərtdir. Başlanğıc olaraq özünə sevginin olmadığını açıq şəkildə göstərən bir neçə əlamətlə tanış olaq:

1) İnsanın yerli-yersiz, tez-tez özünü günahkar hiss etməsi.

2) Vaxtaşırı ağlında öz çatışmazlıqları, uğursuzluqları və s. haqqında fikirlərin yaranması.

3) İnsanın həyatda hər şeyin yanlış olduğundan, heç nəyi dəyişdirə bilməyəcəyindən şikayət etməyə meyilli olması.

4) Öz əksini gördükdə, uğurlarını deyil də öz çatışmazlıqlarına fikir verməsi. Bu qədər kifayətdir. İndi isə özünüzü sevməyin yolların açıqlayaq:

 

Özünüzü tərifləyin!

Özünüzü mümkün olduğu qədər tez-tez tərifləyin. Ləzzətli bişirilmiş səhər yeməyinə, siqaret çəkmədiyinizə, liftdən istifadə etmək əvəzinə pilləkənlərdən qalxdığınıza ,yaxşı iş gördüyünüzə görə… Xoşagəlməz anları ötürün, üzərində dayanmayın və özünüzü tərifləmək lazım olduğu anda, bunu mütləq edin. Yatmadan əvvəl özünüzə beş dəqiqə vaxt verin və bu müddət ərzində günün bütün yaxşı hadisələrini xatırlayın və özünüzü tərifləyin.

 

Özünüzə hədiyyələr verin!

Kədərlisən, əhvalın pisdi, əsəbisən, streslisən? Özünə sevindir! Bu, kinoya getmək, ləzzətli nahar, yeni paltar və ya ayaqqabı ola bilər… Sadəcə düşünün: hal hazırda nəyə ehtiyacınız var? Və özünüzə ona görə hədiyyə seçin. Sevdiklərimizə hədiyyələr veririk və bu onlara zövq verir. Bəs niyə özümüzə hədiyyə verməyək? Axı biz də özümüzü sevirik, özümüzü də sevindirməliyik.

 

Öz əksinizlə danışın!

Hər gün öz əksinizlə danışmağa beş-on dəqiqə sərf edin. Bunu etmək üçün, əksinizi bütünlüklə görə biləcəyiniz böyük bir güzgüdən istifadə etmək daha yaxşıdır. Güzgü qarşısında oturun və öz əksinizə adınızla müraciət edərək, eşitməkdən ən çox məmnun olduğunuz müraciəti seçin, çünki özünüzlə danışırsınız. Özünüzə nece özəl insan olduğunuzu söyləyin, yəni başqalarından eşitmək istədiyiniz hər şeyi söyləyin. Yalnız xoş sözlər söyləyin, tənqid etməyin! Çünki siz tənqid olunmaq istəmərsiz, elə deyilmi?

Bunu bir ay ərzində hər gün etsəniz müsbət nəticəni görəcəksiniz.

 

Aysel  Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir