temir

Boya qoxusunu evdən necə çıxarmaq olar?

Baxış sayı: 596

Evdə boya işi qurtardıqdan sonra yaranan qoxu narahatlığa səbəb ola bilər. Boya qoxusundan xilas olmaq üçün bir çox üsul var.

 

Boyat çörək

Boyama prosesi bitdikdən sonra, rəngləmiş otağın ortasına boyat çörəyin qoyulması fayda verə bilər. Bundan əlavə, ertəsi gün otağı bağlamaq və qaynadılmış süd və ya qaymağı da oraya qoymaq boya qoxusuna təsir edə bilər. Bu iki proses təkrar edildikdə, qoxuda əhəmiyyətli azalma müşahidə olunur.

 

Ammonyaklı su

Ayrıca qabda hazırlanmış ammonyaklı su boya vurulduğu yerdə bir gecədə saxlanarsa, qoxuda ciddi azalma olur.

Qeyd edək ki, ammonyak hidrogenin nitridi olub, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır. Bundan başqa 4-5 baş soğanı doğrayıb bir gecədə gözləmək də evdəki boya iyini yox edir.

Qeyd etmək lazımdır ki, soğanın kəsilmiş tərəfləri açıq şəkildə yerləşdirilir.

 

Su və ağ sirkə

Başqa bir üsul olaraq bərabər ölçüdə su və ağ sirkə qarışığı düzəldilir. Bu qarışığın üzərinə bir az maye yuyucu vasitə əlavə edilir. Qarışığın rənglənən yerdə saxlanması boya qoxusunun aradan qalxmasına təsir edir.

 

Boya ətri

Bu təbii üsullarla yanaşı, bazarda satılan və bir çox insanın istifadə etdiyi boya ətirləri də evdəki boya qoxusundan xilas olmaqda böyük rol oynayır. Ancaq unutmaq olmaz ki, bu üsulda kimyəvi məhsullar da var. Ona görə də bu variantın əvəzinə təbii üsullara üstünlük verilməsi tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir