yer

Ölüm qoxusu saçan 10 turizm məkanı

Baxış sayı: 554

Heç də hər kəs sakit və təhlükəsiz istirahəti sevmir. Bəzi turistlər komfortdan daha çox ekstremal məzuniyyət axtarışındadırlar, onları təhlükə, ekstrim maraqlı və qarışıq anlar darıxmağa qoymur və enerjiləndirir. Riskli və təhlükəli yerlər macəraçıları qorxutmur. Xoşbəxtlikdən planetimizdə belə yerlər kifayət qədərdir.

 

Fransız yüksəkliyi

Dünyanın ən təhlükəli turistik məkanlarından biri Monblandır. Qarla örtülmüş bu zirvə Alp dağlarında yerləşir. Hər il 4800 metr olan bu yüksəkliyə minlərlə turist alpinistlər gəlir. Onların arasında həvəskarlar və professionallar olur.  Onlardan yüzə yaxını üçün yoxuş ölümlə bitir. Ölümün səbəbi təhlükəli mənzərə xüsusiyyətləri və “Ağ Dağ” ın yamaclarının şıltaq iqlimidir.

 

Amerika “tələsi”

Çay sistemi qayıq səyahətinə qətiyyən uyğun olmayan Kolorado da bu siyahıdadır. Buna baxmayaraq, üzərində rafting inanılmaz dərəcədə populyardır. Nə yerli hakimiyyət orqanlarının xəbərdarlıqları, nə vəhşi cərəyan sürət həvəskarlarının ehtirasını cilovlaya bilmir.

 

Qaynar Havay

Cənnət qumlu çimərlikləri ilə məşhur olan Havay adaları da siyahıda var. Qum, xurma ağacları və incə dalğalardan əlavə Havayda aktiv vulkanlar var. Bunlardan ən böyüyü – Kilauea – çox aktiv və həqiqətən təhlükəlidir. Onun son iki aylıq püskürməsi ətrafdakı bitki örtüyünü və adaların yaşayış məntəqələrini tamamilə məhv etdi.

 

Xoşbəxt №7

Bu ərazi Havay və Karib dənizindən heç də geridə qalmır. Gölün suyu qaynayır və köpüklənir- dərəcəsi 90 ° C-yə qədər yüksəlir. Gölün dibində yeraltı isti bulaqlar davamlı olaraq püskürür. Qeyzerlər boğulma və bayılmaya səbəb olan vulkanik buxarlar hasil edirlər. Bu səbəbdən turistlər arasında ölümlə nəticələnən hadisələr də az baş verməyib.

 

İrlandiya tələsi

İrlandiyadakı Moher Uçurumları indiyədək bir çox film üçün canlı mənzərə rolunu oynayıb. Tədqiqatçılar ərazinin möhtəşəm görünüşü ilə yanaşı, amansız dəniz iqlimini də xüsusi qeyd edirlər. Uçurumlar boyu bir turizm cığırı qoyulub, lakin bu, asanlıqla aşılması mümkün olan bir cığır deyil. Küləkli hava və tez-tez yağan yağış yolu yararsız hala salır. Torpaq hər addımda dağılır, səyyahlar durmadan sürüşür və tarazlığı itirirlər.

 

İspan ekstrimi

El-Kaminito-del-Rey təhlükə saçan turizm məkanları reytinqində yer alıb. 20-ci əsrdə “vəhşi” bir dərənin üzərinə insan əli “gəzdirildi”. Əvvəlcə işçilər tərəfindən istifadə edildi və 100 il keçdikdən sonra ictimaiyyətə açıq oldu. Yol sözün əsl mənasında qayalara yapışmışdır. Dəmir-beton konstruksiyanın uzunluğu 3 km-ə, eni isə cəmi 1 m-ə çatır.Turistlər şəlalələr arasında gəzinti ekskursiyaları üçün cığırdan istifadə edirlər. 2015-ci ildə aparılan yenidənqurma nəticəsində marşrut boyunca hərəkət tamamilə təhlükəsiz, lakin əvvəlkindən daha az həyəcanverici hala gəldi.

 

Norveç trollarının pis zarafatları

Norveçdəki “Trolun dili” adlı məkan ekstrimsevərlərin arasında çox məşhurdur. Uzun bir daş plato Ringedalsvant səthindən 700 m yuxarıda asılıdır. Buradakı fotosessiyalar həmişə uğurlu olmur. Bəzən insanlar tarazlığı itirərək, ölümlə üzləşməli olurlar.

 

Qırmızı dəniz tələsi

Misir və dalğıc ayrılmaz anlayışlardır. Ancaq dalğıcların bircə kiçik səhvi böyük problemlər yarada bilər. Mavi dəlik” adlı dəniz mağarasında bir çox dalğıc ehtiyatsızlığı canı bahasına ödəməli olub. Sualtı qrotto daxili quruluşuna görə Yerin təhlükəli yerləri içərisində liderlərdən biridir. Təcrübəsi olmayan, yeni başlayanlar çətinliyi düzgün qiymətləndirmir və kiçik oksigen çənləri götürürlər. Nəticədə çıxış yolu tapmadan çaxnaşma içərisində boğulurlar.

 

Eritreya səhrasında

Reytinqə ikinci yerdə Danakil – Afrikanın şərqindəki “qum və istilik krallığı” yer alıb. Bələdçi olmadan turistlər bu cansız məkanda şübhəsiz ki, öləcəklər.Lakin səhrada aşağı rütubət, yağlı göllərdən gələn hidrogen sulfid qoxusu və dözülməz istilər, fantastik mənzərənin heyranedici gözəlliyi ilə əvəzlənməsi turistləri oraya cəlb edir.

 

Yanan İndoneziya

Son 8 ildir ki, İndoneziyanın gələcəyi şübhə altındadır. Sumatrada Sinabunq vulkanı oyanıb. Ardıcıl 4 əsrdir ki, yatan vulkanın püskürdüyü ərazi riskli turizm zonaları içərisində liderdir. Sumatra püskürüb coşaraq, atəş şousu göstərməsinə, təhlükə saçmasına baxmayaraq,  ziyarətçi sıxıntısının nə olduğunu bilmir. Ora gələn ekstrim həvəskarlarının sayı ildən ilə artır.

yer 9

yer 8

yer 7

yer 6

yer 5

yer 3

yer 4

yer 2

yer 1

yer




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir