Dünyanın məşhur simaları – musiqiçilər, aktyorlar, yazıçılar, rəssamlar təkcə yaradıcılıqları ilə deyil, şəxsi həyatları, sevgi hekayələri ilə də hər zaman diqqət mərkəzində olurlar. Bunu nəzərə alaraq bəzi məşhurların sevgi hekayələrini təqdim edirik.
XV Lüdovik
15-ci Lüdovik sevgi macəralarına görə bütün digər fransız monarxlarını , o cümlədən Günəş Kralı kimi tanınan 14-cü Lüdoviki də geridə qoyub. Onun məşhur məşuqəsi madam Markiza de Pompadur son dərəcə əxlaqsız qadın olsa da qısqanc deyildi. Buna görə də əlahəzrət kral Markiza de Pompadurdan əlavə digər çoxsaylı məşuqələri üçün xüsusi park yaratmışdı. Kralı əyləndirən bu xanımlar parkda tikilən ayrı-ayrı evlərdə yaşayırdılar.
Cakomo Kazanova
Sirr deyil ki, sevgi məsələlərində ən uğurlu və ən məşhur şəxs Cakomo Kazanova hesab olunur. Onun şöhrəti hamını kölgədə qoyub. O, möhtəşəm məşuq, ehtiraslı insan kimi bütün dünyada tanınıb. Lakin təəssüfflər olsun ki, Kazanova tənhalıqda və dilənçi vəziyyətində həyatdan köçüb.
Markiz de Sad
Markiz de Sad tarixdə təsvir olunduğu kimi qaniçən olmayıb. Amma onun həyatında sadizm əlamətləri çox olub.Sevdiyi qadınları qamçı ilə döymək kimi qəddarlıqları olan bunlara görə psixi xəstəxanalar, eləcə də demək olar ki, Fransanın bütün həbsxanalarında cəza çəkib. Məhz bu xəstəxana və həbsxanalarda Markiz de Sad çoxsaylı romanlarını yazıb. Qeyd edək ki, onun romanlarını yalnız 21 yaşdan sonra oxumaq məsləhətdir.
I Pyotr
I Pyotr cənublu qadınlardan mümkün qədər uzaq olmağa çalışırdı. Amma avropalı, xüsusilə də alman əsilli xanımlara qarşı isə biganə deyildi. Birinci Pyotr son dərəcə qısqanc biri olub. Onun sifilis olduğu, hətta məhz bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal edilir. Lakin rəsmi məlumatlarda hökmdarın Neva çayının buzlu suyunda çimdikdən sonra soyuqlama nəticəsində öldüyü bildirilir.
Lavrenti Beriya
Lavrenti Beriyanın sevgi tarixçəsi isə bir qədər fərqlidir. O, daha çox zorakılıqları ilə ad çıxarıb. Bu məsələdə onun tayı-bərabəri olmayıb. Qadınla onunla yatağa sevgidən çox, qorxudan girdiklərini etiraf ediblər. Beriya adətən sevgi oyunları üçün xüsusi öyrədilmiş qadınları seçirdi. Onun köməkçiləri avtomobillərlə dolaşır və ətrafı gözdən keçirirdilər, uyğun qadınları gördükdə onları zorla maşına mindirib qaçırırdılar. Məhz onun bu əməllərinə görə gülləmişdilər.
Cimmi Hendriks
Cimmi Hendriks bütün məşhur qadın düşkünlərini geridə qoyub. Onun məşuqələri siyahısında min, hətta bəzi məlumatlara görə 2 mindən artıq qadının adı olub. Çox maraqlıdır ki, məşhur cəmi 28 il yaşayıb.
Çarli Çaplin
Çarli Çaplin gənc, yeniyetmə qızlara xüsusi maraq göstərib. Buna görə Çaplin insanlar tərəfindən hər zaman qınaq obyektinə çevrilib.
Salvador Dali
Sevgi münasibətlərində Salvador Dalini uğursuz insan hesab etmək olar. Çünki rəssamın intim həyatı çox rəngarəng olub.O, gizli homoseksualizmdən əlavə, autoerotizmdən əziyyət çəkib. Yəni onun özünə qarşı hədsiz istəyi olub . Bunu rəssamın əsərlərindən də görmək mümkündür.
Qeyd edək ki, onun həyat yoldaşına da normal insan demək olmaz. O da trualizmdən əziyyət çəkib. Yəni intim əlaqənin 3 nəfərdən ibarət olmasını çox sevib.
Stendal
Məşhur yazıçı, “Qırmızı və Qara” kimi böyük əsər yaratmış Stendal onu sevmədiklərinə görə qadınlara qarşı dərin nifrət bəsləyib. O, qadınlardan qisasını almaq üçün hüznlü əsərlər yazaraq , bu əsərləri oxuyan qadınları ağladaraq öz intiqamını alıb.
İosif Stalin
Faşizmə qarşı müharibədə uğurlar qazanan İosif Stalinin sevgi cəbhəsində işləri elə də yaxşı olmayıb. Onun məşuqəsi olmayıb, həyat yoldaşı isə özünü güllələyib. Deyilənlərə görə, o, gizli homoseksualizmdən əziyyət çəkirmiş.
Vladimir Mayakovski
Vladimir Mayakovskinin də sevgidə bəxti gətirməyib. Onun ilk məhəbbəti Liliya Brikdir. Bir müddət sonra qadının şairi artıq sevmədiyi məlum olub. Daha sonra Mayakovskinin həyatına Veronika Polonskaya daxil olub. O da əvvəl şairi sevsə də sonra onu tərk edib. Sonra Mayakovski Tanya Yakovlevaya aşiq olub, bir müddət sonra bu qadın da ondan üz döndərib. Qısası, sevgidəki uğursuzluqlara dözməyən şair özünü güllələyib.
Francis Skott Fitzgerald
Məşhur yazıçı Fitzgerald dünya ədəbiyyatının xəzinəsinə daxil olan bir çox möhtəşəm əsərlər yaradıb. Amma onun bir məsələdə bəxti gətirməyib. Məşhur yazıçının həyat yoldaşı spirtli içki aludəçisi və psixi xəstə olub. Yazıçının həyat yoldaşı psixiatriya xəstəxanasına yerləşdirilib. Fitzgerald isə isə 44 yaşında qaraciyər serrozundan dünyasını dəyişib.
Con Lennon
Con Lennonu sevən yeganə insan nə qədər qəribə də olsa onun xanımı Yoko Ono yox, “Bitlz”in işlərini idarə edən Brayan Epşteyn olub. Amma Con yalnız qadınları sevdiyinə görə onu səmimi qəlbdən sevən dostuna şans verməyib.