sokalad maskasi

Qeyri-adi üz maskaları

Baxış sayı: 729

 Uşaq qidaları  

Heç bilirdinizmi uşaq qidalarından düzələn maskalar  üz dərisini yumşaldır, ipək, parlaq edir və məsamələri azaldır. Uşaq qidalarında zərərli  və qoruyucu maddələr olmadığından gözəlliyi qorumaq üçün əla vasitədir. Uşaq qidaları nəinki zərərsiz  qida, həmçinin  vitamin və mineral xəzinəsidir.Beləliklə, belə bir qeyri-adi tərkibli və eyni zamanda,  faydalı bir qarışım hazırlamaq üçün, 1 qaşıq uşaq qidasını su ilə qarışdırın. Alınan qarışımı  bir az soyudun və ilıq halda dəriyə çəkin.  Uşaq qidalarından hazırlanan maskaların  hər gün üzə tətbiq edilməsi tövsiyə olunur.Bu tip maskalar üzdə təxminən   yarım saata qədər  qalmalıdırlar.

 

Xurma

Xurma quru dəri üçün çox vacib bir nəmləndiricidir. Xurmadan hazırlanan müxtəlif maskalar üz dərisini canlandırır və dərini müxtəlif minerallar ilə qidalandıraraq, həmçinin dərinin rəngini yaxşılaşdırır. Qeyd edək ki,xüsusilə solğun dəriyə sahib olan xanımlar xurmadan hazırlanan maskalardan istifadə etməlidirlər.Təxminən 6-7 xurmanın qabığını soyaraq,  xırda-xırda doğradıqdan sonra bu qarışıma 1 xörək qaşığı  itburnu yağı əlavə edin.Alınan maskanı üzünüzə tətbiq edin və 10 dəqiqə saxladıqdan sonra üzünüzü isti su ilə yuyun.

 

Fıstıq yağı

Fıstıq yağı yalnız  dadlı və faydalı bir məhsul deyil. O,həmçinin çox qiymətli bir kosmetik vasitədir. Fıstıq yağının tərkibində linolen, olein, palmitin və s. kimi turşular mövcuddur. Məhz sözügedən turşular  dərinin yenilənməsinə  kömək edir. Fıstıq yağından hazırlanan maskalar üzü  hamar, yumşaq və parlaq edir. Ayrıca, yağda çox miqdarda olan nişasta və protein maddələri sayəsində dəri kifayət qədər E vitamini alır, bu da üzdə  hüceyrələrin yenilənməsini sürətləndirir. Bu məhsuldan  cavalanlaşdırıcı maska hazırlamaq üçün iki xörək qaşığı fıstıq yağının içinə bir çay qaşığı bal, bir yumurtanın sarısını və bir neçə damla limon suyunu əlavə edərək mükəmməl bir maska əldə edə bilərsiniz. Alınan bu qarışımı üzünüzə tətbiq etdikdən sonra,təxminən yarım saat ərzində saxladıqdan sonra istu su ilə yuyun.

 

 Kahı

Kahının müstəsna faydaları dərini canlandıran və elastik saxlayan çox miqdarda vitaminlə bağlıdır. Kahının tərkibində olan laktusin dəriyə  sakitləşdirici təsir göstərir və qızartını aradan qaldırır ,lif suyunun  daha dərin təbəqələrə nüfuz etməsini asanlaşdırır, yəni dərinin qurumasının və yaşlanmasının qarşısını alır. Bu bitkidən gözəl maska hazırlamaq üçün iki üç kahı yarpağını əzdikdən sonra üzünüzə  bir neçə xörək qaşığı isti süd və bir qaşıq yağlı kəsmik əlavə edin. Həmin qarışığı  dərinizə tətbiq etdikdən sonra , təxminən 15 dəqiqə saxlayın və  sonra isti su ilə yuyun.

 

 Mayonez

Mayonez tərkibli maskalar dərinizi  qidalandırır və nəmləndirir, hüceyrə mübadiləsini normallaşdırır və beləliklə, dərinizi  cavanlaşdırır. Belə bir maska əldə etmək üçün 1 xörək qaşığı mayonezə yumurtanın sarısını əlavə etdikdən sonra bu qarışığı yaxşıcana qarışdırın və  mütləq bir neçə damcı bitki yağı əlavə edin. Maska otaq temperaturunda olmalıdır. Onu uzünüzə masaj hərəkətləri edərək tətbiq edin və təxminən 20 dəqiqə üzünüzdə saxlayın. Qeyd edək ki, bu prosedurdan həftədə bir dəfə istifadə edə bilərsiniz. Yağlı dəriyə sahib olan xanımlar üçün 1 xörək qaşığı mayonez və 3-4 çay qaşıq yaşıl çaydan  istifadə edərək çox faydalı bir maska əldə etmək olar. Bu qarışığı üzünüzdə 15 dəqiqə ərzində saxlasanız üzünüzün nə qədər hamar və gumrah olduğuna şahid olacaqsınız.

 

 Pendir

Tərkibində pendir olan   maskalar dərini cavanlaşdırır, incə qırışları hamarlayır, dəriyə sağlam və  təravətli bir görünüş verir.

Pendir incə bir sürtgəcdən keçirilərək 1: 1 nisbətində krem ilə birləşdirilməlidir. İstifadədən əvvəl bu  kütlə bir qədər isidilir və üzün dərisi  isti su və losyonla təmizlənir. Bu tip maskaları üzdə təxminən yarım saat saxlamaq lazımdır. Sonra uzünüzü sərin su ilə yuduqdan sonra onu kağız salfetlə yüngül silmək məsləhətdir.

 

Uşaq kirşanı

Bu məhsul yağlı dəri  üçün  xüsusilə faydalıdır, çünki üzü əhəmiyyətli dərəcədə qurudur. Həm də sözün əsl mənasında qıcıqlanma və iltihabı aradan götürür . Sızanaqların çox olması ilə xarakterizə olunan problemli dəriyə qulluq üçün də uyğundur. 1 xörək qaşığı uşaq kirşanın içinə eyni miqdarda kalendula yağı əlavə edərək həmin qarışımı üzünüzə tətbiq edin. Həmin maska üzdə mütləq 5 dəqiqə qalmalıdır. Sonra onu bir pambıq tamponu ilə silin.

 

Diş pastası

Diş pastası kimi gündəlik qulluq məhsulu problemli dərinin müalicəsi üçün əla köməkçi ola bilər. Bu məhsulun sadə bir sirri var.  Onun komponentlərinin  antimikrobiyal xüsusiyyəti epidermisi dərindən təmizləməyə imkan verir.

Diş pastasını  nəmli bir dəriyə tətbiq etdikdən sonra onu 3 dəqiqə  üzünüzdə saxlayın. Üç dəqiqədən sonra  üzünüzü tonik və ya losyonla silin, sonra da üzünüzə  dəri tipinizə uyğun bir krem çəkin. Bu proseduru həftədə iki dəfə təkrarlamaqla sızanaqdan tamamilə qurtula bilərsiniz.

 

Kürü maskası

Bahalı və eyni zamanda, faydalı olan bu məhsuldan nəinki dadlı bir sendviç hazırlıya bilərsiniz. Eyni zamanda, dərinizi hamar və  parlaq edən bir maska əldə etmək olar.  Bu məhsulun amin turşuları ilə zəngin olduğu çoxdan məlumdur. Dəriniz üçün mükəmməl bir maska hazırlamaq istəyirsinizsə, onda həm qırmızı, həm də qara kürüdən  istifadə edə bilərsiniz. 1-2 çay qaşığı kürünü qidalandırıcı krem və ya istənilən yağ ilə yaxşıca qarışdırın. Alınan maskanı təmizlənmiş dərinizə tətbiq etdikdən sonra,  15 dəqiqə gözləyin. Sonra üzünüzü isti su ilə yuyun. Belə bir maska dərini  qidalandırmağa kömək edir,ona cavanlaşdırıcı təsir göstərərək incə qırışları aradan götürür.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir