uz

Hansı qidalar qırışların yaranmasını ləngidir?

Baxış sayı: 585

Yaşla əlaqədar cildin elastikliyi getdikcə azalır. Bu da öz növbəsində onun qırışmasına gətirib çıxarır.

Beləliklə, qırışları azaldan qidaları təqdim edirik.

 

Ananas

Ananas dərini parlaq, gənc saxlayan vitaminlərlə zəngindir. Tərkibində prolidaza adlı fermenti aktivləşdirən manqan var. Həmçinin, kollagenin əmələ gəlməsinə kömək edən, elastikliyi artıran prolin kimi tanınan amin turşusu yaradır.

 

İspanaq

Bu tərəvəz ən güclü nəmləndirici vasitədir. Tərkibində A, C və E kimi bir çox antioksidan vitaminlər var. İspanaq dərinin tonunu yaxşılaşdıran, əzələ gücünü artıran maqnezium və dəmirlə zəngindir.

 

Qaragilə

Qaragilə digər meyvələrdən daha çox antioksidan ehtiva edir. Bu meyvə günəşə, stressə və kirə məruz qalan dəriyə zərər verən sərbəst radikallardan qoruyur. Tərkibindəki C vitamini isə qırışları aradan qaldırır.

 

Qarpız

Qarpız likopenlə zəngindir. Likopen isə dərini ultrabənövşəyi şüalarından qoruyur.

 

Şirin kartof

Bu kartof növü üzdə qırışların və incə xəttlərin yaranmasının qarşısını alan, zədələnmiş kollageni cavanlaşdıran A vitamini ilə zəngindir.

 

Zeytun yağı

Doymamış lipidlər və vitaminlərlə zəngin zeytun yağı tərkibindəki E vitamini ilə dəridə qırışların yaranmasına səbəb olan kollagenin azalmasını ləngidir.

 

Mərcimək

Mərcimək maqnezium, dəmir, folat və kaliumla zəngindir ki, bu da erkən yaşlanmanın qarşısını alır. Tərkibindəki fol turşusu isə cildin elastikliyini və möhkəmliyini artırır.

 

Yağlı balıq

Tərkibində cilddəki iltihabı əhəmiyyətli dərəcədə azaldan omeqa 3 yağ turşuları kollagenin parçalanmasını dayandıran prostaglandin E2 səviyyəsini aşağı salır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir