ders

Müəllim və şagird arasında olan konfliktlərin səbəbləri

Baxış sayı: 933

Müəllim peqadoji fəaliyyəti icra edən şəxsdir. Pedaqoji fəaliyyət- Yetkin şəxslərin, şagirdlərin cəmiyyətdə şəxsiyyət olaraq yer tutmasına,  müəyyən bilik və bacarıqlara sahib olmasına yönəlmiş fəaliyyətdir. Peqadoji fəaliyyət- öyrədici, məhləhət verici, tərbiyəedici, inkişaf etdirici məqsədlə olur.

Müəllim-şagird münasibətlərinin düzgün qurulması haqda bir çox yerdə qeyd olunur. Müəllim-şagird arasında yaranan konfliktlərin səbəbləri nələrdir? Konfliklər daha çox hansı tərəfdən qaynaqlanır?

ders

Bir sıra yanaşmalara görə “Müəllim-şagird” tipli konfliktlərin səbəbləri aşağıdakılardır:

1)Dərsdə nizam-intizamın pozulması;

2) Ev tapşırıqlarına məsuliyyətsiz yanaşmaq;

3) Ev tapşırıqlarını yaxşı yerinə yetirilməməsi;

4) Dərsə zamanında iştirak etməmək;

5) Səbəbsiz dərsləri ötürmək.

ders

Şagirdlərin fikrincə isə konfliktlərin səbəbləri:

1) Müəllim tərəfindən kobudluq, təhqir olunma;

2) Şagirdləri qiymətləndirərkən obyektiv yanaşmamaq;

3) Dərs buraxmaq;

4) Müəllimin dərsə maraqla yanaşmaması;

5) Müəllimin avtoritar üslubla yanaşması;

6) Müəllimin səriştəsizliyi.

7) Kiçik məktəb yaşı dövründə yaşanan konfliktlər.

ders

Bu dövrdə yaşanan konfliktdə müəllimin avtoritar üslubu xaraketrik olur. Konfliktin səbəbləri:

1) Müəllimin davranışında təzahür edir.

2) Digər səbəb müəllimlərin şagirdlərin yalnız uğurları maraqlandırır. Bir şəxsiyyət olaraq şəxsi keyfiyyətlərinə önəm vermirlər.

3) Müəllimlərin qiymətləndirmə zamanı subyektiv yanaşması;

4) Müəllimin qiymətlərdən şagirdə hədə-qorxu gəlməklə istifadə edilməsi, bi qayda olaraq şagirdlərin bilik, bacarıq formalaşmasının əhəmiyyətinin azalmasına gətirirb çıxarır;

5) Müəllimin qeyri-etik davranışı, şagirdi mənəvi cəhətdən alçaldılması.

ders

Yeniyetməlik dövründə yaranan konfliktlər

1) Müəllimin yeniyetmə ilə ünsiyyətində olan əksikliklər;

2) İntizamda konfliktlər daha çox yeniyetmələrin səhvi, dərsdə özlərini idarə edə bilməmək və sevmədikləri müəllimə ziyan vurmaq niyyəti;

3) Qiymətləndirmədə qeyri-adekvatlıq, müəllimin əlaçılara keyfiyyətdən asılı olmayaraq yüksək qiymətləndirməsi;

4) Müəllimin yeniyetməyə fiziki təzyiq göstərməsi.

ders

Konfliktləri həll etmək üçün müəllim nələr etməlidir?

1) Şagirdə şəxsiyət olaraq yanaşıb, dialoq qurmağı bacarmalıdır.

2) Dialoq  üçün  münasib vaxt ayırmalıdırlar.

3) Özünü ifadə etməsi üçün fürsət verməlidir. Beləliklə öz duyğularını ifadə edəcəkdir.Empatya qurmalıdır.Günahlandırıcı mövqedə olmamalıdır.“Mən səndən üstünəm” mesajını verməməlidir.Hansısa səhvində sözlərini  onun davranışlarına vurğulamalıdır, şəxsiyyətinə deyil.Məktəb psixoloqunu bu işə cəlb etməlidir.Hansısa yanaşma ilə qorxutmamalıdır. Qorxu ilə problem həll olunmaz, o yerdə sevgi olmaz.

ders

Son olaraq qeyd etmək istəyirəm ki, istənilən yaş dövründə “Müəllim-şagird” arasında olan konfliktin səbəbi düzgün balansın qurulmamasıdır. Unutmaq olmaz ki, şagirdlər sevdiyi müəllimə qarşı daha nəzakətli olurlar. Hansısa səhv edirlərsə, müəllimlər  dostyana yanaşsalar, problem daha asan həll olunacaqdır. Əgər burda müəllimlər çətinlik çəkirsə, məktəb psixoloqları yardım etməlidirlər. Unutmaq olmaz ki, müəllimlər valideynlər qədər şagirdlərin həyatında iz qoyurlar. Sİzlərə bu şərəfli peşənizdə uğurlar arzu edirəm.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir