kolleksiyalar

Dünyanın ən qəribə kolleksiyaları

Baxış sayı: 980

Qadağa nişanı

Qadağa nişanları ilə adətən hotellərdə rastlaşa bilərik. Lakin Almaniyada yaşayan Rainer Veiçertin bu nişanlardan ibarət böyük bir kolleksiyası var. Onun kolleksiyasına müxtəlif ölkələrə aid olan təxminən 11.570 ədəd qadağa nişanı daxildir. Adətən səyahət edən bəzi insanlar suvenir almağa meyillidir. Ancaq 1990-cı ildən müxtəlif ölkələrə səyahət edən Rainer Veiçert ziyarət etdiyi məkandan mütləq qadağa nişanı gətirirdi.

Qeyd edək ki, həmin nişanlari Rainer dünyanın 188 ölkəsindən toplamışdır. Onun sözlərinə görə, o bütün nişanları əzizləyərək saxlasa da ,2 nişanı digərlərindən ayıraraq ən qiymətli hesab edir. Onlardan biri 1936-cı ildə, Berlin Olimpiya Oyunları zamanı Olimpiya kəndinin bir hissəsidir , digəri isə 100 ildən çox yaşı olan “Kanada General Brock” hotelindəndir.Əlavə edək ki, 2014-cü ildə bu qəribə hobbisi onu dünya rekordçusu edib.

 

Miniatür oturacaqlar

ABŞ-da yaşayan Barbara Hartsfild dünyanın ən böyük miniatür oturacaqlar kolleksiyasına sahibdir . 2008-ci ildə Barbaranın kolleksiyası təxminən 3000-ə yaxın miniatür oturacaqdan ibarət idi və məhz buna görə həmin il o, “Ginnes Rekordlar kitabı”na daxil oldu.

Ruhi xəstələr üçün dispanserdə tibb bacısı olaraq çalışan Barbara gördüyü iş haqqında müxtəlif məqalələr yazmalı olurdu. Məqalələri yazdıqda diqqətini cəmləşdirmək üçün Barbara kiçik oturacaq və balaca bir kukla almaq qərarına gəlir. Həmin miniatür oturacaq üçün alış-verişə yollanan Barbara digər maraqlı oturacaqları gördükdən sonra onları çox sevdi. 2009-cu ildə Barbara, təsirli kolleksiyasını nümayiş etdirmək üçün “Collectible & Antique Chair Gallery” muzeyini açdı. Qeyd edək ki, insanlar Amerikanın hər yerindən onun lampalarını, saatlarını, duz qablarını və peçenye bankalarını xatırladan miniatür oturacaqlarını görmək üçün gəlirlər.

 

Təyyarədə olan qoruyucu torbalar

Çoxumuz üçün təyyarədə uçmaq mənzərəni görmək və əcnəbilərlə söhbət etmək üçün ən yaxşı bir fürsətdir. Lakin hollandiyalı Nik Vermyolin üçün hava səyahəti həm də kolleksiyasına yeni qoruyucu torbalar əlavə etmək üçün bir fürsətdir.

1986-cı ildən bəri Nik Vermyolin qoruyucu torbaları bir dostu ilə mübahisə etdikdən sonra toplamağa başladı.Qeyd edək ki, Nikin dostu da bu işin həvəskarı idi. Vaxt keçdikcə Nikin kolleksiyası sürətlə böyüyürdu və 2012-ci ildə Nick Vermyolin dünyanın ən azı 200 ölkəsinə səyahət etdikdən sonra topladığı 6290 qoruyucu torbası ilə “Ginnesin Rekordlar kitabı”na daxil olur.

Nikin sözlərinə görə, kolleksiyasındakı ən sevdiyi nümunə NASA şirkətinə aid “Columbia” kosmik gəmisində 16 gün ərzində kosmosda qalan qoruyucu torbasıdır.

 

Kuklalar kolleksiyası

Belə bir qeyri-adi kolleksiyanın müəllifi ABŞ-ın Nyu-York ştatının Staten adasından olan Marilin Mansfilddir. 300-dən çox kuklanın sahibi olan bu qadın sevdiyi oyuncaqlara onminlərlə dollar xərcləyib. Evindəki bütün otaqlar ,sözün əsl mənasında kuklalarla doludur. Üstəlik, hər kuklaya öz övladı kimi qulluq edir.O, hətta kuklalarını gəzintiyə çıxararaq, onları bəsləyərək çox sevir. Marilinin həyat yoldaşı onu dəstəkləyir və hətta sevimli kuklalar üçün yeni bir otaq tikməyə qərar verib.

 

Hamburgerlər kolleksiyası

Bu yeməyi kimin daha çox sevdiyini müəyyənləşdirmək çətin olsa da, Harri Sperl və yaxud Harri Hamburger adı ilə tanınan bu şəxs, çox ehtimal ki, hamburgerlərin 1 nömrəli fanatıdır.

Harry Hamburgerin üzüm qabını satmaq üçün rekvizit axtararkən, bir neçə plastik burgerləri aldıqdan sonra bu məşğuliyyəti çox sevdi. 26 il ərzində plastik burgerlərin kolleksiyasını toplayan Harrinin adı 2014-cü ildə “Ginnessin Rekordlar Kitabı”na daxil oldu. Qeyd edək ki, həmin vaxt onun kolleksiyasına təxminən 3.724 ədəd müxtəlif plastik hamburgerlərdən ibarət idi. Harrinin kolleksiyasına daxil olan” Harley Davidson” burgeri nadir eksponatlara aiddir. Yaxın gələcəkdə Harri kolleksiyasının təqdimatını keçirmək üçün ikiqat donuz ətindən bir çizburger formasında olan bir muzey açmaq istəyir.

 

Massaj taxtalar

Peşəkar dermatoloq Manfred Rotşstein 71 ölkədən gətirdiyi 675 massaj taxtaları ilə bütün dünyaya tanınıb. Onun topladığı bəzi massaj taxtaları timsah pəncələri, müxtəlif heyvanların qabırğa sümüklərindən və kenquru ayaqlarından ibarətdir.

 

 Saat kolleksiyası

ABŞ-dan olan Jak Skhoff zamana qapılan bir insandır. Onun divarında dünyanın ən böyük saat kolleksiyası asılıb. 2003-cü ildə saat toplamağa başlayan Jack, 1.509 saat kolleksiyası ilə 2010-cu ildə “Ginnessin Rekordlar Kitabı”na daxil olub.

Gəmiqayırma zavodunda boru montajı ilə məşğul olan Jak Skhoffun sağlamlıq ilə bağlı problemləri onu evdə qalmağa məcbur etdikdə,o, saatlar toplamağa başlayır.

 

Pizza qutuları

Bir çoxumuz yeməkdən sonra pizza qutularını atarkən, Brooklindən olan Skott Viener onları mənzilində toplamağa üstünlük verir. 2013-cü ildə Scott 595 pizza qutusu kolleksiyası ilə dünya rekordu qırır. 2008-ci ildə İsrail səfəri zamanı Skott Viener indiyə kimi gördüyü ən maraqlı pizza qutusunu gördükdən sonra onda bu hobbi yaranır. O vaxtdan bəri Skott dünyanın hər yerindən bənzərsiz pizza qutuları toplayır. Ailəsinin, dostlarının və pərəstişkarlarının köməyi ilə kolleksiyasını böyütməyi bacarır və bu hobbisi ona məşhurluq statusu gətirir. O, hətta pizza haqqında “Viva La Pizza! Art of Pizza Box” adlı kitab nəşr etdirmişdi. 1500-dən çox qutuya sahib olan Skott, pizzaya olan böyük sevgisini insanlar ilə bölüşmək üçün sevdiyi qutuları muzeylərdə və sərgilərdə nümayiş etdirirdi.

 

Saç kolleksiyası

Demək olar ki,Conn Reznikoff planetin ən qəribə hobbilərindən birinə sahibdir, çünki o, dünyanın ən məşhur insanlarının kəsilmiş saçlarını toplayır. Onun kolleksiyasında Elvis Preslinin, Bethovenin, Abraham Linkolnın, John F. Kennedinin və hətta Marilin Monronun saçları var.

 

Yol işarələri

David Morgan 1986-cı ildən bəri müxtəlif ölkələrin yol işarələrini toplamaqla məşğuldur. Plastik məhsullar istehsal edən “Oxford Plastic Systems” şirkətində işləyərkən David Morgan yol işarələri ilə maraqlanmağa başlayır.Günü-gündən kolleksiyasını artıran Davidin kolleksiyasında artıq 500 yol işarəsi var.

 

Dinozavrların nəcisindən ibarət kolleksiya

Muzeylər adətən dinozavr sümüklərini nümayiş etdirsələr də, George Frandsen daha da irəli getdi və dinozavrlara aid olan nəcisləri toplamağa başladı.

Hal-hazırda 5000-dən az olmayan koprolit nümunəsi (fosilləşmiş nəcisinin adı) onun kolleksiyasına daxildir. Bu hobbisinə görə,o hətta “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.

Qeyd edək ki,onun topladığı qeyri-adi kolleksiya elm adamları üçün çox vacibdir, çünki o, bu qədim heyvanların planetdə gəzdikləri zaman nə yedikləri barədə əsas ipucudur. Bütün dünyada tanınan Frandsen, hətta kolleksiyasını Cənubi Florida Muzeyinə bağışlamışdı. Bu sərgi insanlar üçün o qədər maraqlı idi ki, bir ildən çox davam etdi. Frandsen hazırda özünün “Poozeum” veb saytını idarə edir və sevdiyi işi davam etdirir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir