kisi-qadin

Zərif məxluqlar kişilərdə nələri xoşlamır?

Baxış sayı: 970

Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır?

kisi geyimleri

Qızıl zinət əşyaları

Çox zəngin ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikri: “Kişilərə bijüteriya, xüsusilə qızıl yaraşmır”. Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, “cəngavər üzüyü” taxan kişilər qadınlar tərəfindən heç xoş qarşılanmır.

kisi

 

Qarınlı kişilər

Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Bir qadının ürəyini fəth etmək üçün bədən quruluşunuza da diqqətlə yanaşmalısınız.

kisi

 

Jeleli saçlar

Başına bir qutu jele vuranlar və saçları işıqda parıldayan kişilər qadınları iyrəndirər. Saçlarınızı hər zaman təmiz saxlayın.

geyim

 

Ağ şalvar

Xüsusi bir gün olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma isə əsla pul verməyin. Qeyd edək ki,xüsusilə yayda geyilən ağ kətan şalvarlar 80-ci illərin «Miami Vice» zamanlarında qalıb.

ter

 

Tər qoxusu

Qadınlar təmizkar  kişiləri çox bəyənir. Ətir olmasa da, bədəni təmiz olan kişiləri cazibədar sayırlar. Tər qoxusu ilə bir qadına yaxınlaşmağınız heç məsləhət deyil.

agizdan qoxu

 

Ağız qoxusu

Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da çürük bir dişdən irəli gələ bilər. Bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi yeməklərdən uzaq olun. Ağız spreyi, ya da nanəli saqqız işinizə yarayacaqdır.

eller

Çirkli dırnaqlar

Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri onun təmizkar olduğu fikrini yaradaraq, qadının gözündə müsbət bir dəyərə çevrilir. Əyri və altı qara dırnaqlı əli heç bir qadın tutmaq istəməz.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir