Rəqsanə: “O, başqasının əri, kişisidir” – MÜSAHİBƏ

Baxış sayı: 1. 631

– Sizlə bir neçə il öncə müsahibə etmişdik. O zaman mənə xərçəng xəstəsi olduğunuzu demişdiniz. Sonradan o xəstəliyə qalib gəldiniz, yoxsa ümumiyyətlə o sizdə heç yox idi, bu sual hələ də cavabsızdır?!

– Əslində, mən bizim həkimlərimizi günahlandırmaq istəmirəm.  Savadlı həkimlərimiz çoxdur, amma işindən xəbəri olmayanlar da var. Mənim xalam məhz bu xəstəlikdən dünyasını dəyişib. Məndə də onda olan əlamətlər var idi. O ərəfədə mən “Maşın şou”da idim. O şouda bizim uşaqlar bezmişdilər mənim əlimdən. Onda Aşıq Əli ilə Müşfiq mənim başımı ovxalamaqdan yorulmuşdular. Bütün günü onların yanında ağlayırdım. Başımda çox bərk ağrılar var idi. Mən beyin xərçəngindən çox qorxmuşdum və elə bilirdim ki, o xəstəlikdir məndə. Sonra da burada yoxlandım. Dedilər ki, beynində şiş var. Sən demə başıma su yığılmışdı. Bunu da başqa ölkədə aşkarladılar. Mənim burnumdan su dayanmırdı. Özüm də xəstəxanaya gedəndə 41 kilo çəkidə idim. Gözlərim görmürdü, yeriyə də bilmirdim. Allah da şahiddir ki, məni toyda yıxılmayım deyə Səməd Səmədov tutdu. Qulaqlarım batmışdı. Həmin toyda yıxılmayım deyə, Səməd Səmədov məni elə tutdu ki, guya biz rəqs edirik. Bu xəstəliklə bağlı Türkiyəyə getdim, İran Hospitalında oldum, Dubaya getdim. Dubayda mənə güldülər ki, bu nə diaqnozdur. 13 gündən artıq xəstəxanada qaldım. Bizim bütün  kanallarımız xəstəxanaya zəng etmişdilər. Mən orada müəyyən etdim ki, xərçəng xəstəsi olmamışam. Məndə tam başqa diaqnoz çıxdı. Sadəcə psixologiya elə bir şeydir ki, o adamın beyninə təsir edir. Özü də mənə burda beynimdə şiş deyilmişdi. O günə qalmağım normal idi.

– Əslində mən sizi güclü qadın kimi tanıyıram. Nədənsə mənə hər zaman o təəssüratı bağışlamısınız.

– Bəzən güclü olmaq belə çətindir. Baxın, bilirəm ki, o yerə getsəm, heç nə qazanmayacağam, əksinə itirə bilərəm. Amma gedirəm. Çünki bilirəm ki, heç kimin yanında dilim qısa olmayacaq. Allah mənə yol açır.

– Sizə yol açan Allaha nə qədər vaxt ayırırsınız?  

– Allaha qurban olum! Elə bir məqamlar yaşamışam ki, artıq heç nə mənə köməklik edə bilməz. Ya bank məsələsi olub, ya da mümkünsüz görünən nəsə. Və axırıncı dəqiqələrə qədər dözmüşəm. İndi danışıram və tüklərim biz-biz olur. Həmin anda bir adam elə belə zəng edib, səsimdən hiss edib ki, problemim var. Soruşub və məni ağlamaq tutub, danışmışam həmin adama. Bir göz qırpımında problemim həll olunub. Sonra özüm şoka düşmüşəm ki, necə birdən düzəldi.

– Siz nələr danışsanız da, insanlarda Rəqsanəyə qarşı inamsızlıq var.

– Mənə inanmırdılar. Gərək insanın əhatəsi sağlam olsun. Şou-biznesdə olan insanların dediklərinin bəyəm hamısı düzdür ki? Amma əgər birlik və komanda varsa, hər şey yaxşı olacaq. İnsanı vuran və ona qarşı fikir formalaşdıran, onu çuxura salan onun ətrafıdır. Biz heç bir zaman ölümlü günümüzü düşünmürük. Elə bilirik ki, bu gün nələrsə keçib getdisə, hər şey qurtardı. Xeyr, insan gərək ölüm gününü düşünsün. Baxın, bu gün Təranə Səmədova (keçmiş prodüseri. – T.M) veriliş aparır. İki balamın canına, mən ona baxıb sevinirəm. Allahım da şahiddir.

– Qalmaqallar kraliçası Rəqsanə birdən-birə səssizliyə qərq oldu. Səbəb nə idi?

– Mən heç vaxt qalmaqalı özüm qurmamışam. Biri çıxıb söz atanda cavab vermirsənsə, deyir, yəqin qorxur, ya da çəkinəcəyi yeri var. İnsanların arasına çıxanda görürəm ki, bu, pis qəbul olunur. Bu mənim toylarıma da, sənətimə də, həyatıma da pis təsir edir. İndi ətrafım dəyişildi. Ən əsası həyatımda olan insan tamam başqadır. O, mənə bir sıra məsləhətlər verdi. O, anlatdı ki, mən anayam. Mənim 2 qız övladım var. Mənə başa saldı, elə etməliyəm ki,   hamı mənə Rəqsanə xanım desin. Deməsinlər ki, qalmaqal edən gəldi. Mən onun məsləhətlərinə əməl etdikcə bütün həyatım dəyişdi.

– Deyəsən,  sevgidən danışmağın məqamı yetişib.

– Bir parça kağız mənim üçün heç bir rol oynamır. Mən heç vaxt kağıza görə sevgi münasibəti qurmaram. Bu gün fərqli bir həyat yaşanır. Evlənirlər, boşanırlar, sonra ayrısı ilə görüşüb, başqasına ərə gedirlər. Mənim heç vaxt evli kişilərlə münasibətim olmayıb, ola da bilməz. Çünki o, başqasınındır. Başqasının xoşbəxtliyi üzərində sən öz xoşbəxtliyini qura bilməzsən. O, başqasının əri, başqasının kişisidir. Sən onun həyatında müvəqqətisən. (“ailem.az”)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir