İşə tez gəlin
İşə tez gəlmək və gün ərzində edəcəklərinizi əvvəldən planlaşdırmaq pozitivliyiniz üçün 2-ci səbəbdir.
Tez fasilə verməyin
Nə vaxt fasilə verəcəyinizə və bunun nə qədər olacağına siz qərar verin.
Fasilə verin
Dayanmadan, aramsız işləməyin. Arada fasilələr verin. Bu, sizi daha yaxşı motivasiya edəcək.
Vaxtdan səmərəli istifadə edin
İş vaxtından səmərəli istifadə etmək həm işinizi daha asan bitirməyinizi, həm də pozitiv olmağınızı təmin edəcək. Planlara əhəmiyyət verin. Gününüzü özünüz təyin edin.
İclaslar
Qatıldığınız iclaslardan məmnun ayrılmaq gün ərzində pozitiv olmağınıza kömək edəcək.
Sağlam yaşayın
Sağlam həyat tərzi nəinki işdə, ömür boyu müsbət həyat sürməyinizə kömək edəcək.
Tələsməyin
Bir layihəni tez çatdırmaq üçün tələsməyin. İş vaxtı mütləq şəkildə nikbin olun.
İnsanlara dəstək olun
Uğurlarınızı iş yoldaşlarınız ilə bölüşün və onlara dəstək olun.
Qərəzli olmayın
İş yerində mənfi enerjili işçilərlə qərəzli olmayın.
Kömək istəyin
Kömək istəməkdən qorxmayın. Birgə layihələr, hədəfinizə daha tez çatmağınıza kömək edəcək.
Neytral olun
Ofis daxili müzakirələrdə neytral olun.
Kiçik detallara fikir verməyin
İş zamanı kiçik detalların motivasiyanızı pozmasına icazə verməyin.
Tənqidləri nəzərə alın
Tənqidlərə normal yanaşın.
Boş günlərinizdən yaxşı istifadə edin
Həftəsonları və tətillərdə sizi xoşbəxt edəcək fəaliyyətlərlə məşğul olun.
Yeniliklərə açıq olun
Dəyişən şərtlərə və yeniliklərə açıq olun.
Diqqətinizi dağıtmayın
Bir iş üzərində işləyəndə sosial şəbəkələrdəki hesablarınıza baxmayın. Bu, diqqətinizi dağıda bilər.