gobelekli piroq

Göbələkli piroq necə hazırlanır?

Baxış sayı: 648

Ərzaqlar

400 q un

200 q marqarin

200 q qatıq

1 ç.q. soda

duz

istiot

125 q qurudulmuş göbələk

50 q baş soğan

50 q bitki yağı

2 x.q. doğranmış göy soğan

 

Hazırlanması

Un, marqarin, qatıq, soda və duzdan xəmir yoğurun. Soyuducuda 1 saat saxlayın. Qurudulmuş göbələkləri 1,5 saat ərzində soyuq suda saxlayın (suyu tullamayın). Sonra yuyub xırda doğrayın. Soğanla birlikdə qovurun, duzlayın. Göbələyi islatdığınız sudan azca əlavə edib hazır olana qədər bişirin. Soyudun. Xəmiri yayın. Yağlanmış siniyə qoyun. Kənarlarını qaldırın. Hazırladığınız qarışığı xəmirin üzərinə yayıb üstündən doğranmış göy soğan səpin. Piroqu sobada orta dərəcədə 20-25 dəqiqə, sonra isə temperaturu artıraraq daha 10-15 dəqiqə bişirin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir