geyim

Yayda ağ maykalar dəbdə olacaq?

Baxış sayı: 626

Minimum səy – maksimum təsir: ağ maykadan daha yaxşısı yoxdur! Bu sadə geyim həmişə nəcib görünür, üstəlik onunla çoxqatlı dəstlər tərtib etmək rahatdır. Ağ maykaların dəbə minməsi qəfil hadisə deyil, onlar moda həftələri şoularının əsas parçaları idi.

Dünya şöhrətli dizaynerlər onları həm klassik, həm də cins şalvarlarla uzlaşdırmağı məsləhət görür. Məsələn, “Prada”nın yaz-yay kolleksiyasının əsasını elə ağ maykalar təşkil edir. Həm də köməkçi fon kimi həm işgüzar, həm də axşam görünüşünə uyğunlaşır – onun sehrli xüsusiyyəti buradadır. Ümumiyyətlə, istifadəsi çox genişdir.

Fərqli şalvarlarla birlikdə o, sizə 1990-cı illərdəki Keyt Moss və digər modellərin obrazlarını yada salıb nostalji hisslər yaşadacaq. Moda tarixində maykaların ən populyar kombinini “Crazy in love” mahnısında Beyons yaradıb.

BEYONCÉ LEGION on Twitter | Beyonce crazy in love, Beyonce crazy, Beyonce

Bu gün ağ maykaları necə geyinmək olar? Ən məşhur versiyası əbədi klassik – cins və ya şalvarla birləşməsidir. İstənilən uzunluqda ətəklərlə də əla görünür. Qısaqol köynək seçərkən ilk növbədə parçanın xüsusiyyətlərinə diqqət yetirin, xüsusilə isti havalarda bədənə yapışan geyimin keyfiyyətindən əmin olmaq lazımdır.

Ağ üst geyimi parlaq rənglər arasında bir dirijor kimi işləyir. Məsələn, gödəkçə mavi, yubka isə sarı ola bilər, amma ağ köynək bunları mükəmməl birləşdirəcək.

Geyim

geyim 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir