yer 5

Avropanın az tanınan unikal məkanları – FOTOLAR

Baxış sayı: 653

Əminliklə demək olar ki, dünyanın hansı nöqtəsinə olursa- olsun səyahət etmək hər zaman ən maraqlı və ən əyləncəli təcrübədir. Fərqli  ölkələrin mədəniyyətləri, fərqli mətbəxləri – bütün bunlar necə həyəcanverici olmaya bilər?

Bu yazıda sizi əsasən Avropanın gizli qalmış, az tanınan  və bir çox insanın getmədiyi yerlər ilə tanış edəcəyik.

 

 Setenil de las Bodegas

Siyahımıza İspaniya ilə başlayırıq. İspaniya dedikdə hər kəsin ilk olaraq ağlına Madrid və Barselona şəhərləri gəldiyinə əminik. Setenil de las Bodegas İspaniyanın cənubunda yerləşən və qayalara bürünmüş kiçik bir qəsəbədir. Bu isə o deməkdir ki, buradakı insanlar demək olar ki, bir qaya altında yaşayırlar. Fərqli  gözəlliyi və ecazkar havası ilə seçilən bu qəsəbənin  əhalisi  təxminən 2700 nəfərdən bir az çoxdur. Çox maraqlıdır ki,  bu qəsəbədə evlər tamamilə ağ rəngə boyanmışdır.

Nazari qalası və La Encarnacion kilsəsi buranın  gəzməli və görməli yerlərdəndir. Nazari qalası təpənin başında yerləşir və əslində 13-cü əsrdə bir ərəb qalası idi. Qalanın orijinal qüllələrindən başqa digər bütün qüllələri son mühasirədən sonra dağıdıldı. Ancaq nə olursa olsun, şəhərin mükəmməl mənzərəsinə tamaşa etmək istəyirsinizsə, bu qalaya baş çəkməyə dəyər.

“La Encarnacion” kilsəsinin də maraqlı bir tarixi var. O, 1500-cü illərin əvvəllərində qotik memarlığını təcəssüm etdirmək üçün tikilmişdi. Ölkənin ən görkəmli və dəbdəbəli kilsələrindən biri olmaya bilər, lakin bütün kiçik ispan qəsəbələrinə xas olduğu kimi çox sakit və dinc bir auraya malikdir.

Dünyanın ən unikal yerlərindən biri kimi tanınan bu qəsəbənin  uzun müddətdir qayalıqlar altında özünü necə qoruyub saxlaya bilməsi çox maraqlı və möcüzəvi bir hadisədir.

 

 Brisighella

İtaliyanın Boloniya şəhərinin cənubunda yerləşən bu kiçik qəsəbəyə “Orta əsrlər nağılı” da deyilir. 7500-dən artıq əhaliyə sahibdir. Brisighella zəngin  tarixə və orijinal mədəniyyətə sahib bir yerdir.” La Rocca” qalası, “ La Torre” saat qülləsi və  “Monticino” kilsəsi kimi tanınan üç möhtəşəm təpənin arasında yerləşir.

Əgər təbiətlə iç-içə olmaq, qədim memarlıq abidələri ilə yaxından tanış olmaq istəyirsinizsə  Brisighella mütləq ziyarət etməli olduğunuz yerlərdən biridir. Buranın restoran və kafelərində dünya səviyyəli çoxlu şərab, zeytun yağı və jelatonu dadma imkanı tapacaqsınız.

 

Mittenvald

Almaniyada yerləşən və az tanınan şəhərlərin sırasına Mittenvald şəhəri də daxildir. Bura sanki nağıllardan çıxmış qədər heyrətamiz gözəlliyə malikdir. Əslində Mittenvaldın Almaniyanın güclü avtomobil sənayesinin yaxınlığında yerləşməsini  nəzərə alsaq, necə bu qədər gizli qala bilməsi təəccüb doğurdur.

Turist izdihamından uzaq, eyni zamanda, canlı, tarixi abidələrlə zəngin, alman yeməklərinin ən yaxşılarını dada biləcəyiniz və ən əsası qarla örtülü dağları olan möhtəşəm mənzərəsi ilə insanı valeh edir bu kiçik qəsəbə. Qəsəbənin ətrafında yerləşən Karvendel Alpları buranı qışda xizək sürmək və yayda gəzinti üçün cəlbedici yerə çevirir.

Burada təxminən 7500 insan yaşayır. Rəngarəng memarlığı və evlər üzərində bir sənət əsəri kimi çəkilən rəsmləri şəhəri o qədər zövqlü göstərir ki, vurulmamaq əldə deyil. Yüz illərlə tarixə malik olan evləri sanki dünən tikilmiş qədər müasir və ən əsası da sağlam görünüşə sahibdir. Buraya səyahət etsəniz mütləq “Altstad”t və ya “Old Town”ı gəzmək üçün vaxt ayırın.

Daha bir maraqlı fakt da budur ki, Mittenvald skripka sənətində uzun bir tarixə və irsə sahibdir. Buna görə bura tez-tez “Skripka kəndi” adlanır.  Qeyd edək ki,    17-ci əsrdə burada  incə simli alətləri istehsal edən Klotz ailə idi. 19-cu əsrə qədər skripkalar Avropada o qədər məşhur idi ki, Mittenvalddakı hər bir ailə müəyyən bir şəkildə onları hazırlamaq və ya satmaq prosesində iştirak edirdilər.

 

Perast, Monteneqro

630 minə yaxın olan əhali sayı ilə kiçik ölkələrdən biri olan və elə özü də az tanınan Monteneqro. Təəssüflər olsun ki, ölkə digər Avropa ölkələri qədər məşhur deyil və onlar qədər turist axınına da məruz qalmır. Ancaq bu, onlar üçün sadəcə bu ölkənin gözəl təbiətindən məhrum qalmaq demək olacaq.

Monteneqronun az bilinən kiçik bir kəndi də sadəcə və sadəcə 400-dən bir az çox insanın yaşadığı Perastdır. Avropanın ən gözəl şəhərlərindən biri olan, Kotordan 12 km şimalda Perast adlı kiçik bir sahil kəndi yerləşir. Bura qəribə və əlçatmaz görünsə də, təbiətinə söz ola bilməz.

15 və 18-ci əsrlər arasında Osmanlı imperiyası ilə Venesiya Respublikası arasında strateji bir liman idi. Yalnızca bir əsas küçəsi olan bu kiçik kəndin əvvəllər bu güclü imperiyaların kəsişməsində yerləşməsini  təsəvvür etmək həqiqətən də çox çətindir. Bu qədər kiçik bir ərazisi olan kənddə  16 kilsə var.  Bu göstərici onu adambaşına düşən ən çox kilsəyə sahib olan ölkə kimi tanıdır. Bunlardan ən əzəmətlisi 17-ci əsrə aid və Barok şah əsəri olan “Müqəddəs Nikola” kilsəsidir. Qəsəbə, həmçinin aşağıdakı körfəzi seyr edən mənzərəli dağlarla əhatə olunmuşdur.

Burada “Daşların Xanımı” adlı bir süni ada da vardır ki, əfsanəyə görə dənizçilər bu adanı 500 il əvvəl süxurlar və köhnə gəmilər yığmaqla inşa etmişlər. Burada yerləşən içərisində  17-ci əsrə aid çox gözəl rəsm əsərləri və 1400-cü illərə aid olan Müqəddəs Məryəm Ananın bir simvolu vardır. Perast, həmçinin dəniz məhsulları həvəskarları üçün də möhtəşəm bir yerdir. Yerli balıqçılar  təzə tutulmuş balıqlarını birbaşa Kotor körfəzindən və Adriatik dənizindən gətirirlər.

 

Folegandros

Yunanıstan bir çoxlarının sevdiyi və turistlərin tez-tez baş çəkdiyi ölkələrdən biridir. Ancaq bu dəfə Afina və ya Santorinidən daha fərqli bir yerdən bəhs edəcəyik. 1000-ə yaxın  sakini və sadəcə 32 kv. km ərazisi ilə Folegandos məşhur Santorini yaxınlığındakı Sisladesinin cənub kənarında kəşf edilməmiş bir adadır. Onun toxunulmamış çimərlikləri və arxitekturası hər kəsi valeh edir. Təmizliyi və rəngi ilə insanı valeh edən suları ilə seçilən Karavostassis, Vitzetzo və Hohlidia kimi çimərlikləri mütləq ziyarət etməli olduğunuz yerlərdəndir. Bu ada Xoranın qəbiristanlığından  tutmuş “Panagia” kilsəsinə qədər möhtəşəm qürub mənzərələri izləyərək gedilən yol  gəzintiləri üçün inşa edilmişdi. Buraya gəldikdə isə məşhur matsata və ya  pomidor sousu ilə təqdim olunan qızardılmış quzudan  dadaraq fərqli təcrübələr qazana bilərsiniz.

 

Mdina

Malta 2019-cu il statistikasına əsasən, sadəcə 494 minə yaxın insanın yaşadığı, Siciliya ilə Şimali Afrika sahilləri arasında yerləşən mərkəzi Aralıq dənizindəki arxipelaqdır. Ancaq arxipelaq deyildiyinə baxmayın, rəsmi olaraq Malta Respublikası olaraq tanınır. Səyahəti sevənlərin ən çox sevəcəyi yanlarından biri də ölkənin baş çəkmək üçün ən təhlükəsiz ölkələrdən biri olmasıdır. Ancaq bu ölkə digər Avropa ölkələri qədər çox da turist axınına məruz qalmaması ilə bərabər bəzi şəhərləri ümumiyyətlə, tanınmır və hətta içlərində “Səssiz şəhər” olaraq tanınan bir şəhər də mövcuddur. Bu şəhər sadəcə 300 nəfə yaxın insanın yaşadığı Mdina şəhəridir.

Bu cazibədar şəhər təqribən 2700 ildir qiymətli bir istehkamdır. Deyilənə görə, Mdina küçələrində dayandığınızda eyni anda həm Avropa, həm Şimali Afrika, həm də Orta Şərqdə dayanırmışsınız kimi bir hiss yaranır. “Bu, necə mümkündür?” deyə soruşa bilərsiniz. Cavabında yerləşdiyi coğrafi mövqeyi, tarixi, arxitekturası və mədəniyyəti ilə bağlıdır, deyə bilərik. Bu kiçik şəhərin  memarlığına finikiyalılar, romalılar, ərəblər, Bizans və Normans da daxil olmaqla bir çox güclü imperiyalar təsir etdi.

Burada ziyarət edilməsi mütləq olan bir çox yer vardır. 12-ci əsrdə qurulan Müqəddəs Paul kilsəsi şəhərdəki ən möhtəşəm binalardan biridir. Bu gün gördüyümüz quruluşun çox hissəsi 1600-cü illərin sonlarına aiddir və barokko üslubunda qurulmuşdur.  Məşhur “Taxt-tac oyunları” filminin bəzi səhnələri məhz bu şəhərdə çəkilmişdi.

 

Pag adası

Xorvatiya bir ölkə olaraq bir zamanlar Avropanın gizli qalmış və ən az ziyarət olunan yerlərindən biri idi. Lakin burada hələ də tanınmayan, kəşf olunmayan və ya az bilinən yerlər çoxdur. Elə Pag adası da onlardan biridir!

Pag adası Xorvatiyanın Adriatik dənizindəki 1200 adasından biridir. Bu adaların bir çoxu tropik olmağa meyilli və sıx bitki örtüyü olması ilə tanınır. Ancaq Pag adasının bu adalardan fərqi odur ki, o yer planetindən daha çox aya bənzəyir. Burada çaylar və ağaclar yoxdur, tam əksinə, quraq mənzərə, ağ daşlar və çoxlu duzla örtülmüşdür.  Maraqlıdır ki, Pag adası da qoyun südü, pendiri ilə məşhurdur. Buranın pendiri  Xorvatiyanın ən yaxşı pendiri hesab olunur.  Onu mütləq yerli ağ şərab Pag Zutica və Pag lamb ilə dadmaq məsləhətdir.

 

Samirə Tağıyeva

yer 1

yer 2

yer 3

yer 4

yer 5

yer 7

yer 8

yer 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir