bitki

Bağı və eyvanı həşəratlardan necə qorumalı? – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 582

Yay aylarında vaxtımızın çox hissəsi eyvanda və ya bağda keçir. Amma təəssüf ki, evimizin bu hissələrində tək deyilik. Demək olar ki, hər bir mənzildə, bağda, həyətdə həşəratlar var. Bəzi hallarda bu həşəratlar ziyansızdırlar. Lakin onların ayrı-ayrı növləri təkcə əşyalar və qidalar üçün yox, həm də insanlar üçün ciddi təhlükədirlər.

Bəs, milçəkləri, böcəkləri və həşəratları evin bu sahələrindən uzaq tutmağın yolu varmı? Əlbəttə var!

Beləliklə, bu problemin həll yollarını sizə təqdim edirik: 

 

1. Darçın

Bu problemi aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri darçındır. Bu zərərvericilərdən xilas olmaq üçün qapı yaxınlığına, evin küncünə və pəncərələrə biraz darçın səpin. Bununla da, balkonunuzu həşərat, qarışqa və milçəklərdən qoruyacaqsınız. Bundan əlavə, gül dibçəklərinizə darçın tökməklə onları da ziyanverici həşəratların təsirindən xilas edə bilərsiniz. Ağcaqanadları özünüzdən uzaqlaşdırmaq üçün isə tərkibində darçınlı efir yağlarını bədəninizə sürtün. Effektini görəcəksiniz.

2. Reyhan

Bağınızda və balkonunuzda olan kiçik qonaqları qovmaq üçün istifadə olunacaq ən təsirli üsullardan biri də reyhandır. Reyhan qoxusu sayəsində ağcaqanad və ev milçəklərini evdən uzaq tutmaq mümkündür. Belə ki, otaqlarda, pəncərələrin önündə, eyvanda dibçəklərdə reyhan saxlamağınız bu istiqamətdə köməyinizə dəyəcək. Hətta qaynar suyun içinə reyhan yarpağı atıb soyumasını gözləyin. Soyuduqdan sonra sprey qablaşdırmaya tökərək otaqlara və ya varsa, balkonunuza səpin.

3. Lavanda 

Reyhan kimi lavanda da milçək və həşərat qovucu xüsusiyyətə malikdir. Bağçanızın günəşli yerlərində əkəcəyiniz və ya eyvanda gül dibçəklərinizə qoyacağınız lavandalar sizi bu zərərverici həşəratlardan qoruyacaq. Bu bitkinin ətri insanlara xoş gəlsə də həşəratlara əks təsir edir. Buna görə də paltarlarınızı birələrdən qorumaq üçün lavandadan istifadə etmək yaxşı seçimdir.

4. Limon otu 

Ağcaqanad və milçəklərin düşməni olan digər bitki isə limon otudur. Bu bitkini bağçanızın istənilən yerində əkə bilərsiniz. Həmçinin, limon otunu dibçəklərdə evin balkonlarına qoyaraq oradakı həşəratlardan da xilas olmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir