Dünyaca məşhur stilist Elis Keri yayın trend ətək markalarını açıqlayıb.
Bu barədə məlumat “Vogue” jurnalında dərc olunub.
Məlumata görə, bu yayın əsas trendi tennis ətəkləridir.
Stilistin sözlərinə görə, sözügedən ətəklərə tələbat əvvəlki aylarla müqayisədə 36 faiz artıb.
Bu cür geyimləri “Alo Yoga”, “Girlfriend Collective”, “Marysia”, “Lacoste” və “Lululemon” kimi brendlərin yeni kolleksiyalarında tapa bilərsiniz.
Bununla yanaşı, həmçinin zolaqlarla bəzədilmiş qatlı “Gucci” və “Adidas” ətək modelləri də çox geyinilənlər arasındadır. Onları qəhvəyi rəngli kəmərlə tamamlaya bilərsiniz.
Ağ rəngli “Miu Miu” mini ətəklərini də unutmamaq lazımdır. Çünki onlar da bu yayın vazkeçilməz geyimlərindəndir.
Adidas
Adidas
L’ETOILE
Lacoste
Miu Miu